15:52
PDF yükləyin
10 fevral 2025, 15:52Təkbətək görüş başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Serbiya Prezidenti Boris Tadiçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur.
Dövlət başçısı İlham ƏLİYEV görüş iştirakçılarına müraciətlə dedi:
- Hörmətli cənab Prezident!
Hörmətli qonaqlar!
Sizi ölkəmizdə bir daha salamlamaq istəyirəm. Uğurla inkişaf edən ikitərəfli münasibətlərimizə dair dünən və bu gün yaxşı müzakirələrimiz oldu. Əlbəttə, əminəm ki, Sizin ölkəmizə səfəriniz ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə və bir çox sahələri əhatə edən münasibətlərimizin genişləndirilməsinə doğru atılan mühüm addım olacaqdır. Bizim çox güclü siyasi əlaqələrimiz vardır. Ümidvaram ki, iqtisadi əməkdaşlığımız da həmin strateji xəttə uyğun olacaqdır. Serbiya ilə münasibətlər bizim üçün böyük əhəmiyyət kəsb edir. Əminəm ki, güclü ikitərəfli əlaqələrimiz Balkan və Qafqaz regionları arasında da regional əməkdaşlıq üçün yaxşı imkanlar açacaq və biz irəliyə doğru gedəcəyik.
Səfəriniz münasibətlərimizin tarixində Serbiya Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Biz bunu yüksək qiymətləndiririk və dəvətimizi qəbul etdiyinizə görə təşəkkürümüzü bildiririk.
Əminəm ki, bu gün apardığımız müzakirələr və imzalanacaq sənədlər ölkələrimiz arasında uzunmüddətli strateji münasibətlər üçün olduqca möhkəm zəmin yaradacaqdır.
Bir daha xoş gəlmisiniz! Əminəm ki, Azərbaycana səfərinizdən məmnun qalacaqsınız.
Serbiya Prezidenti Boris TADİÇ səmimi qəbul üçün təşəkkür edərək dedi:
-Sağ olun, cənab Prezident!
Burada olmağımdan şərəf hissi duyuram. Siz də qeyd etdiyiniz kimi, bu, sizin ölkənizə prezident səviyyəsində bizim ilk səfərimizdir. Beləliklə, biz tarix yazırıq. Ümidvaram ki, biz münasibətlərimizi gələcəkdə əsl dostlar kimi inkişaf etdirəcəyik. Mən yaşadığımız, inkişaf edən regionlarda – Balkan və Qafqaz arasında bir çox oxşarlıqları görürəm. Burada qarşımızda eyni çətinliklər durur.
Biz ikitərəfli münasibətlərin inkişaf etdirilməsində çox maraqlıyıq. Lakin eyni zamanda, ölkələrimizin üzləşdiyi bəzi çətinliklər və problemlərin həlli ilə bağlı bir-birimizlə fikir mübadiləsi aparırıq. Burada - Bakıda, Azərbaycanda olarkən mən bir çox oxşarlıqların şahidi oldum. Əvvəlcə onu deməliyəm ki, xalqlarımızı və ölkələrimizi birləşdirən oxşarlıqlar vardır. Fikrimcə, Siz də ölkəmizə səfər etsəniz, bunların şahidi olarsınız.
Cənab Prezident, hesab edirəm ki, ərazi bütövlüyümüzün qorunmasında ümumi maraqlarımız vardır. Biz fikirlərimizlə bölüşdük və bu cür məsələlər bizim üçün prinsipial xarakter daşıyır. Serbiya bütün dünya ölkələrinin ərazi bütövlüyünün qorunmasının tərəfdarıdır. Bu baxımdan Siz bizə arxalana bilərsiniz.
PDF yükləyin
10 fevral 2025, 15:52Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Cənab Prezident.
“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin ötən il dekabrın 25-də Qazaxıstan Respublikası ərazisində qəzaya uğraması və...
10 fevral 2025, 15:50Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” Azərbaycan...
07 fevral 2025, 15:39Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin...
07 fevral 2025, 15:37Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini...
07 fevral 2025, 15:35Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Qarabağ Universitetinin tabeliyində “Qarabağ Universitetinin Klinikası” publik hüquqi...
07 fevral 2025, 13:10Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası...
06 fevral 2025, 15:58Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan...
06 fevral 2025, 15:56Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikasının maliyyə naziri təyin...
06 fevral 2025, 15:54Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikasının əmək və əhalinin sosial...
06 fevral 2025, 15:52Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident İlham Əliyev.
"Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insanın...
05 fevral 2025, 19:12