Türkiyə Respublikasının IX Prezidenti Süleyman Dəmirəl İlham Əliyevə telefonla zəng etmişdir

24 dekabr 2011, 18:00

Dekabrın 24-də Türkiyə Respublikasının IX Prezidenti Süleyman Dəmirəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

Süleyman Dəmirəl dövlətimizin başçısına anadan olmasının 50 illiyi münasibətilə təbriklərini çatdırmış, ona dövlətçilik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulamışdır.

Dövlətimizin başçısı təbrikə və diqqətə görə Süleyman Dəmirələ minnətdarlığını bildirmişdir.

Telefon söhbəti zamanı dövlətimizin başçısı və Türkiyə Respublikasının IX Prezidenti ulu öndər Heydər Əliyevlə Süleyman Dəmirəlin dostluq münasibətlərini böyük məmnunluqla yad etdilər. 

SƏNƏDLƏR Sərəncamlar 18 mart 2025
17:02
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı...

18 mart 2025, 17:02