02 iyul 2020, 11:00

Gültəkin Əsgərovadan, Bakı, Azərbaycan

Hörmətli Mehriban xanım.

19 dekabr 2009-cu il təvəllüdlü qızım Murquzova Fatimə Rauf qızı uşaqlıqdan xəstədir, anadangəlmə ürək qüsuru xəstəliyindən əziyyət çəkir. Ona "anadangəlmə ürək qüsuru, fallo tetradası " diaqnozu qoyulmuşdur.

Mənim Sizə ilk müraciətimdən sonra qızım Mərkəzi Neftçilər Xəstəxanasında cərrahiyyə əməliyyatı edilmişdir, 2013-cü ildə birinci mərhələ olaraq sağ tərəfli BT şhunt cərrahi əməliyyatı olunub və 27.05.2015-ci il tarixdə total korreksiya əməliyyatı üçün hospitalizə edilmişdir.

Qeyd olunmalıdır ki, əməliyyatlar mərhələli olaraq bir dəfə yerinə yetirilmişdir və həkimlərin göstərişinə görə növbəti əməliyyat yerinə yetirilməsi tövsiyə edilmişdi.

Mənim Sizə müraciətimdən sonra Sizin təşəbbüsünüzlə uşaq Mərkəzi Neftçilər Xəstəxanasında həkim Nəsimi Cabbarov tərəfindən əməliyyat edilmişdir və səhhəti hal-hazırda yaxşıdır.

Uşağın 11 yaşı var, çox şeyləri dərk edir və başa düşür. Əvvəllər yaşıdları kimi normal və sağlam yaşamaq, təhsil almaq arzusunda idi və çox şükür ki, Sizin sayənizdə hazırda vəziyyəti normaldır və məktəbə də gedə bilir.

Siz insanlara, yardıma ehtiyacı olanlara dayaq olursunuz. Bu da Sizin şəxsinizə, insani keyfiyyətlərinizə olan sevgini daha da artırır. Sizin xüsusilə uşaqlara qayğınız, sağlamlıq imkanları məhdud uşaqlara göstərdiyiniz diqqət ölçüyəgəlməzdir.

Bizim azyaşlı övladımıza göstərdiyiniz qayğı və şəfqətə görə Sizə öz adımdan və ailəmin adından minnətdarlığımı bildirirəm, Uca Tanrıdan Sizə cansağlığı arzu edirəm.

Hörmətlə,

Gültəkin Əsgərova

Azərbaycan Respublikası, Bakı şəhəri.