Elnarə Rəşidovadan, Bakı, Azərbaycan
Çox hörmətli Mehriban xanım.
Bütün dünyanı cənginə alan COVID-19 pandemiyası bizim ölkədən də yan keçmədi. Amma Sizin dəstəyinizlə görülən işlər sayəsində bizim ölkəmiz digər ölkələrlə müqayisədə az itkilər verdi. Siz pandemiya dövründə böyük fədakarlıq göstərərək insanların həm maddi, həm də mənəvi ehtiyaclarının ödənilməsi, əhalinin sağlamlığının qorunması istiqamətində uğurlu işlər görürsünüz. Siz koronavirusun yayılmasının ilk günündən başlayaraq bizim yanımızdasınız, bizə kömək göstərirsiniz. Biz bir daha əmin olduq ki, ən çətin günlərdə güvənə biləcəyimiz Prezidentimiz və Sizin kimi humanist Birinci vitse-prezidentimiz var.
Azərbaycan xalqı Sizi dəstəkləyir. Allah Sizi və xalqımızı qorusun.
Dərin hörmətlə,
Rəşidova Elnarə Şamil qızı
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.