Elnur Səfərovdan, Füzuli, Azərbaycan
Hörmətli Mehriban xanım.
Bildiyimiz kimi hazırda dünya dövlətləri COVID-19 pandemiyası ilə mübarizədə çox çətinliklər çəkirlər. Prezidentimiz İlham Əliyevin vaxtında apardığı qabaqlayıcı tədbirlər nəticəsində ölkəmiz digər dövlətlərlə müqayisədə pandemiya ilə mübarizədə müsbət nəticələr əldə etmişdir. Pandemiya dövrünün iqtisadi çətinliklərinə baxmayaraq ölkə əhalisinin maddi rifahının yüksəldilməsi, sosial ehtiyaclarının ödənilməsi məqsədilə bir çox işlər görülmüşdür. Sizin rəhbərlik etdiyiniz Heydər Əliyev Fondu insanlara göstərdiyi diqqət və qayğını pandemiya dövründə də davam etdirmişdir. İmkansız ailələrə edilən ərzaq yardımları Sizin gördüyünüz işlərin ölkəmiz üçün nə qədər vacib olduğunu bir daha göstərdi. Mən bir gənc vətəndaş kimi Sizə minnətdarlığımı bildirirəm və Sizinlə qürur duyuram. Allah Sizi və ailənizi qorusun.
Hörmətlə,
Səfərov Elnur İbiş oğlu
Azərbaycan Respublikası, Füzuli rayonu, Aşağı Yağlıvənd kəndi.