Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Andjey Dudaya

18 iyul 2020, 15:50

Hörmətli cənab Prezident,

Polşa Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan-Polşa əlaqələri müvəffəqiyyətlə inkişaf edir. İnanıram ki, bunda sonra da xalqlarımız və ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətlərinin daha da genişlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın və strateji tərəfdaşlığımızın dərinləşməsi yolunda səylərimizi davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Polşa xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 iyul 2020-ci il.