Zərifə Məmmədovadan, Bakı, Azərbaycan
Əziz və hörmətli Mehriban xanım.
Siz bizim ailənin və Azərbaycan xalqının sevimlisisiniz. Azərbaycan vətəndaşlarının hər biri Sizi sevir, Sizə və ailənizə dünyanın ən böyük var-dövləti olan cansağlığı arzulayıram. Sizin Azərbaycan dövlətinə və xalqına olan xidmətiniz heç vaxt unudulmayacaq. Respublikamızda tikilən təhsil ocaqları, təmir edilən xəstəxanalar, ümumiyyətlə, bu istiqamətdə gördüyünüz tədbirlər, verdiyiniz qərar və göstərişlər vətəndaşlar tərəfindən razılıq hissi ilə və rəğbətlə qarşılanır. Minlərlə vətəndaşın şikayəti Sizin tapşırıq və göstərişinizlə müsbət həllini tapıb. Mən də həmin vətəndaşlardan biriyəm.
Siz gözəl ürək sahibi olan insan, ailəsini və millətini sevən, dünya səviyyəli siyasətçi kimi tanınırsınız və XXI əsrin qadın siyasətçilərinin önündə gedirsiniz.
Arzum budur ki, qara buludlar Azərbaycanın başı üzərindən tezliklə çəkilsin. Azərbaycanın ərazi bütövlüyü Prezidentimizin və Sizin gərgin əməyiniz və yürütdüyünüz müdrik siyasət nəticəsində bərpa edilsin.
Hörmətlə,
Məmmədova Zərifə Rüstəm qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.