28 sentyabr 2020, 17:00

Xanəhməd Verdiyevdən, Ağcabədi, Azərbaycan

Hörmətli Mehriban xanım.

Apardığınız siyasət nəticəsində ölkəmiz regionun ən nüfuzlu ölkəsinə çevrilmişdir. Son illər xalqımızın rifahı naminə, eləcə də ordu quruculuğu sahəsində görülmüş işlər, bütün vətəndaşlarımız kimi bizi-Ağcabədi rayonunda məskunlaşmış məcburi köçkünləri də ruhlandırır. Hər birimiz Sizinlə qürur duyuruq. Biz məcburi köçkünlər hər zaman Sizin yanınızdayıq. Tanrı Sizi qorusun.

Hörmətlə,

Xanəhməd Verdiyev

Azərbaycan Respublikası, Ağcabədi rayonu.