İlham Əliyev Macarıstanın səfirini qəbul etmişdir

12 iyul 2010, 13:35
İlham Əliyev Macarıstanın səfirini qəbul etmişdir

Prezident İlham Əliyev Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Jeno Boroşu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Dövlət başçısı səfirin Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına göstərdiyi səyləri yüksək qiymətləndirdi. Azərbaycan ilə Macarıstan arasında münasibətlərin inkişafının razılıq doğurduğunu vurğulayan Prezident İlham Əliyev bu əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə ümidvar olduğunu bildirdi.

Səfir Jeno Boroş Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkəmizin günbəgün sürətli inkişafının şahidi olduğunu dedi və əldə edilən bütün bu nailiyyətlərə görə dövlətimizin başçısını təbrik etdi. İki ölkə arasında əməkdaşlığa xidmət etməkdən məmnun olduğunu bildirən Jeno Boroş ölkəmizdəki fəaliyyəti dövründə Azərbaycan və macar xalqlarının bir-birinə oxşar cəhətlərini müşahidə etdiyini də vurğuladı.

Macarıstana səfərini xatırlayan dövlətimizin başçısı münasibətlərimizin yaxşı səviyyədə olduğunu vurğulayaraq Macarıstan ilə sıx tərəfdaşlıq əlaqələrinin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə etdi. 

SƏNƏDLƏR Sərəncamlar 12 fevral 2025
18:12
E.Ş.Bağırovun Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Elnur Şəmistan oğlu Bağırov Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin...

12 fevral 2025, 18:12
SƏNƏDLƏR Fərmanlar 12 fevral 2025
18:06
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Əsasnaməsi” təsdiq...

12 fevral 2025, 18:06
SƏNƏDLƏR Fərmanlar 11 fevral 2025
16:10
“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi...

11 fevral 2025, 16:10