30 sentyabr 2020, 12:15
Raifə Cabbarovadan, Ağdam, Azərbaycan
Hörmətli Mehriban xanım.
Apardığınız siyasət nəticəsində ölkəmiz regionun ən nüfuzlu ölkəsinə çevrilmişdir. Cəbhədə qələbələrimiz biz məcburi köçkünləri sevindirərək Azərbaycanımızın daha gözəl gələcəyinə inamımızı artırıb. Dövlətimizin başçısının və Sizin daxili və xarici siyasətiniz nəticəsində ölkəmizin nüfuzu gündən-günə yüksəlir. Bütün məcburi köçkünlər adından Sizə minnətdarlığımı bildirirəm. Biz hər zaman Sizin yanınızdayıq. Allah Sizi, ailənizi, ordumuzu və xalqımızı qorusun.
Hörmətlə,
Raifə Cabbarova
Azərbaycan Respublikası, Ağdam rayonu.