02 oktyabr 2020, 17:30

Seyran Rəhimovdan, Neftçala, Azərbaycan

Hörmətli Mehriban xanım.

Sizin təşəbbüsünüz və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyi ilə qəsəbəmizdə fəaliyyət göstərən şəhid Rafiq Gözəlov adına Xıllı qəsəbə 1 saylı tam orta məktəbi əsaslı təmir olunmuşdur. Bir valideyn kimi həm özümüzün, həm də övladlarımızın sevincinin həddi-hüdudu yoxdur. Sizin sayənizdə övladlarımız hər cür müasir avadanlıq və texnologiyalarla təchiz olunmuş məktəbdə təhsil alırlar.

Bu bir daha onu göstərir ki, Siz təhsilin inkişafına nə qədər həssaslıqla yanaşır və şərait yaradırsınız. Bütün bunlara görə, Sizə ailəmiz adından dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Rəhimov Seyran Rafael oğlu

Azərbaycan Respublikası, Neftçala rayonu.