09 oktyabr 2020, 13:05
Mikayıl Quliyev və başqalarından, Gədəbəy, Azərbaycan
Çox hörmətli Mehriban xanım.
Dərin hörmət və ehtiram hissi ilə Sizə bildiririk ki, ucqar dağ rayonu olan Gədəbəyin dilbər guşəsi Qoşabulaqda yeni mək¬təb binasının tikintisi uşaqdan böyüyə hamımızın hədsiz sevincinə səbəb olub. Artıq bu bi¬nanın şagirdlərin istifadəsinə verilməsinə sayılı günlər qalıb.
Əziz Mehriban xanım, bizim el-oba çox şad olardı ki, ölkə rəhbərliyi, o cümlədən Siz bu məktəbin açılışında şəxsən iştirak edə, qoşabulaqlıların əziz qonağı olasınız.
Hörmətlə,
Quliyev Mikayıl
Süleymanov Sərxan
Əhmədov Hafiz və başqaları.
Azərbaycan Respublikası, Gədəbəy rayonu, Qoşabulaq kəndi.