18:00
Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin mühafizəsinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
08 fevral 2012, 20:30Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin mühafizəsini və həmin nümayəndəliklərdə çalışan işçi heyətin təhlükəsizliyini təmin etmək məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətində Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən mühafizə olunmasına dair təkliflərini və mühafizəsi zəruri hesab edilən diplomatik nümayəndəliklərin siyahısını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 fevral 2012-ci il.
18:00
16:52

16:11

15:31

15:07

14:20

13:30

12:28
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə...
13 mart 2025, 12:2812:26
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...
13 mart 2025, 12:2611:30
Zati-müqəddəsləri,
Tacqoyma Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün həmməzhəblərinizə şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında...
13 mart 2025, 11:3010:10
18:00
