İlham Əliyev Albaniyanın Baş naziri Sali Berişanı qəbul etmişdir

09 fevral 2012, 15:00
İlham Əliyev Albaniyanın Baş naziri Sali Berişanı qəbul etmişdir

Prezident İlham Əliyev Albaniyanın Baş naziri Sali Berişanı qəbul etmişdir.

Baş nazir Sali Berişa ilə müxtəlif beynəlxalq tədbirlərdə görüşlərini məmnunluqla xatırlayan dövlətimizin başçısı onun ölkəmizə ilk səfərinin ikitərəfli münasibətlərimizin genişləndirilməsi baxımından önəmli olduğunu qeyd etdi. Azərbaycan ilə Albaniya arasında əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə ümidvar olduğunu bildirən Prezident İlham Əliyev səfər zamanı əlaqələrimizin genişləndirilməsinə dair aparılacaq müzakirələrin, qəbul olunacaq qərarların ölkələrimizin bir-birinə daha da yaxınlaşması baxımından əhəmiyyətini qeyd etdi.

Albaniyanın Baş naziri Sali Berişa Azərbaycana səfər etməsindən böyük şərəf duyduğunu dedi. Albaniyalılar üçün Azərbaycanın dost ölkə olduğunu vurğulayan Baş nazir bildirdi ki, səfərinin əsas məqsədi ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərini daha da inkişaf etdirməkdir. Əlaqələrimizin möhkəmlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən Sali Berişa bu cür səfərlərin gələcəkdə də davam edəcəyinə ümidvar olduğunu bildirdi.

Görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Albaniyanın Baş naziri Sali Berişa Albaniya İctimai Televiziyasının müxbirinin sualına cavab verdilər.

Prezident İlham ƏLİYEV: Bizim çox yaxşı münasibətlərimiz, möhkəm əlaqələrimiz vardır. Biz cənab Baş nazir ilə müxtəlif beynəlxalq tədbirlərdə çox tez-tez görüşürük. Lakin biz ilk dəfədir ki, Azərbaycanda görüşdük. Mən cənab Baş naziri bir neçə dəfə səfərə dəvət etmişəm və onu burada görməyimdən şadam.

Bu gün biz bir çox məsələlərə - siyasi əməkdaşlıq, iqtisadi əlaqələr, enerji sahəsində əməkdaşlığa dair geniş müzakirələr apardıq. Bütün bu məsələlərə dair fikirlərimiz üst-üstə düşür. Şübhəm yoxdur ki, bu səfərdən sonra biz ölkələrimiz arasında əlaqələrin daha sürətli inkişafının şahidi olacağıq və çox gözəl nəticələr əldə edəcəyik.

Baş nazir Sali BERİŞA: Prezident İlham Əliyevə göstərdiyi qonaqpərvərliyə görə dərin minnətdarlığımı bildirirəm.

Səfərimin əsas məqsədi iki ölkə arasında dostluq əlaqələrini və münasibətləri daha da möhkəmləndirməkdir. Mənim üçün, Albaniya xalqı üçün Azərbaycan yaxın dost ölkədir. Mən cənab Prezident İlham Əliyev ilə əvvəllər olduğu kimi, bu dəfə keçirdiyim səmimi görüşdə də eyni mühitin, isti münasibətin və iradənin şahidi oldum. Mən cənab Prezidenti Albaniyaya səfərə dəvət etmişəm və onunla tamamilə razıyam ki, bundan sonra da iki ölkə arasında münasibətlərdə yeni səhifələrin açılması üçün daha da sıx işləyəcəyik.

X X X

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Albaniyanın Baş naziri Sali Berişa birgə nahar etdilər. 

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 07 fevral 2025
15:39
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” 2016-cı il 6 oktyabr tarixli 1066 nömrəli Fərmanında və “Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” 1997-ci il 30 aprel tarixli 560 nömrəli, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” Azərbaycan...

07 fevral 2025, 15:39
SƏNƏDLƏR Sərəncamlar 07 fevral 2025
15:37
A.R.Əliyevin Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:                             

Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin...

07 fevral 2025, 15:37
SƏNƏDLƏR Sərəncamlar 07 fevral 2025
15:35
A.R.Əliyevin Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                           

Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini...

07 fevral 2025, 15:35
SƏNƏDLƏR Fərmanlar 07 fevral 2025
13:10
“Qarabağ Universitetinin Klinikası” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                    

1. Qarabağ Universitetinin tabeliyində “Qarabağ Universitetinin Klinikası” publik hüquqi...

07 fevral 2025, 13:10
SƏNƏDLƏR Fərmanlar 06 fevral 2025
15:58
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli və “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” 2018-ci il 1 may tarixli 29 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası...

06 fevral 2025, 15:58
SƏNƏDLƏR Sərəncamlar 06 fevral 2025
15:52
S.R.Babayevin Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:                                             

Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikasının əmək və əhalinin sosial...

06 fevral 2025, 15:52
SƏNƏDLƏR Sərəncamlar 05 fevral 2025
17:24
M.B.Babayevin Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                                         

Muxtar Bahadur oğlu Babayev Azərbaycan...

05 fevral 2025, 17:24
SƏNƏDLƏR Sərəncamlar 05 fevral 2025
17:22
M.B.Babayevin Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:                                     

Muxtar Bahadur oğlu Babayev Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər...

05 fevral 2025, 17:22