Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Xalid Şamim Vaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə ölkələrimiz arasında dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən müdafiə sahəsində uğurla inkişaf etdiyi bildirildi, Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Xalid Şamim Vaynın Azərbaycana səfərinin ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olundu.