İlham Əliyev Rusiya Federasiyasının Baş naziri Vladimir Putinə telefonla zəng etmişdir

05 mart 2012, 13:25

Prezident İlham Əliyev Rusiya Federasiyasının Baş naziri Vladimir Putinə telefonla zəng etmişdir.

Dövlət başçısı Vladimir Putini seçkilərdə inamlı qələbə qazanması münasibətilə təbrik etmiş, ona prezidentlik fəaliyyətində uğurlar arzulamışdır.

Vladimir Putin təbrikə və diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.

Telefon söhbəti zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilmiş, əlaqələrimizin bundan sonra daha da möhkəmlənəcəyinə əminlik bildirilmişdir.

Prezident İlham Əliyev Vladimir Putini onun üçün münasib bir vaxtda Azərbaycana səfərə dəvət etmişdir. 

SƏNƏDLƏR Sərəncamlar 18 mart 2025
17:02
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı...

18 mart 2025, 17:02