21:22

Möhtərəm cənab Prezident!
Müzəffər Ali Baş Komandan!
Sizin komandanlığınızla rəşadətli Ordumuz tərəfindən tarixi mədəniyyət mərkəzimiz olan Şuşa şəhərinin 28 illik Ermənistan işğalından azad edilməsi xəbəri Avropada Avropa Azərbaycanlıları Konqresinin ətrafında sıx birləşən Azərbaycan diaspor təşkilatlarının böyük sevincinə səbəb oldu.
Sentyabrın 27-də Ermənistanın atəşkəs razılaşmasını pozaraq, genişmiqyaslı hərbi əməliyyatlara başlamasından dərhal sonra Sizin əmrinizlə şanlı Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başlayaraq işğalda olan Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl şəhərlərini və 200-dən çox kəndlərimizi qısa müddətdə işğaldan azad etdi.
Möhtərəm cənab Prezident!
Sizin dediyiniz "Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar" ifadəsi vətənpərvərlik harayına çevrilmişdi. Şuşa Azərbaycanın incisidir, mədəniyyət və musiqi beşiyidir. Şuşa, heç şübhəsiz, işğaldan azad edilməli idi. Bu böyük işi Sizin komandanlığınızla müzəffər Azərbaycan Ordusu bacardı. Şuşanın Azərbaycana, Azərbaycanın Şuşaya olan 28 illik həsrətinə Siz son qoydunuz. Xalqımızın 30 ilə yaxındır həsrətində olduğu Şuşa şəhəri artıq düşməndən geri alınıb. Şəhidlərimizin qanı yerdə qalmadı! Şəhidlərimizin ruhu şaddır!
Möhtərəm Ali Baş Komandan!
Sizin adınız bu qələbə tarixinin ən gözəl səhifəsində qızıl hərflərlə yazılıb.
İşğal altında olan hər qarış Vətən torpağının, xüsusilə də Şuşanın düşmən tapdağından azad edilməsi üçün göstərdiyiniz dəyanət, qətiyyət və səbrə görə Avropa Azərbaycanlıları Konqresi adından Sizi və şanlı Ordumuzu ürəkdən təbrik edirik.
Biz, Avropada yaşayan azərbaycanlılar Vətən üçün qəti sözünü deməyə çəkinməyən rəhbərimizin olması ilə fəxr edirik. Sizi dəstəkləyirik, Sizin yanınızdayıq və hər bir əmrinizi gözləyirik. İşimiz haqdır, qələbə bizimlədir!
Hörmətlə,
Sahil Qasımov
Avropa Azərbaycanlıları Konqresinin prezidenti
Belçika Krallığı, Brüssel şəhəri.
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Ramazan bayramı münasibətilə Zati-alinizə ən səmimi salamlarımı çatdırmaqdan, Sizə cansağlığı və səadət, xalqınıza sərhədsiz tərəqqi və...
02 aprel 2025, 20:47Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Müqəddəs Ramazan bayramı münasibətilə Sizə və ailənizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Mənəvi yüksəliş...
02 aprel 2025, 18:25Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Cənab Prezident.
Ramazan bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Sizə və xalqınıza cansağlığı, firavanlıq, xeyir-bərəkət arzu...
02 aprel 2025, 18:23Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Mübarək Ramazan bayramı münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırıram.
Allah-Taaladan Sizə cansağlığı, xoşbəxtlik və...
02 aprel 2025, 18:19Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu.
Ramazan bayramı münasibətilə Əfqanıstan İslam Əmirliyi və ölkənin müsəlman xalqı adından Zati-alinizə və...
02 aprel 2025, 18:00Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu.
Dünya müsəlmanlarının böyük bayramı olan Ramazan bayramı münasibətilə Zati-alinizi və Azərbaycan xalqını...
02 aprel 2025, 16:44Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Mübarək Ramazan bayramı münasibətilə Sizə səmimi təbriklərimizi çatdırmaqdan məmnunluğumuzu bildiririk.
Zati-alinizə cansağlığı və xoşbəxtlik, dost...
02 aprel 2025, 16:37Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri Prezident İlham Əliyev.
Müqəddəs Ramazan bayramı münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan...
02 aprel 2025, 16:24Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2025-ci il fevralın 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ...
02 aprel 2025, 16:24Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) adından Zati-alinizi və Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir, Sizə xoş...
02 aprel 2025, 16:22Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Cənab Prezident.
Sizi, ailənizi və bütün Azərbaycan xalqını Şimali Kipr Türk Cümhuriyyətinin xalqı adından və şəxsən öz adımdan Novruz və Ramazan bayramları...
02 aprel 2025, 16:20