“Rusiya Azərbaycanlılarının Regionlararası Assosiasiyası”nın Məşvərət Şurasından

16 noyabr 2020, 11:00

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

2020-ci il 10 noyabr Azərbaycan tarixinə Böyük Qələbə günü kimi daxil oldu. Rusiya Federasiyasının bütün regionlarında yaşayan azərbaycanlılar bu şanlı Qələbəni və əzəli, tarixi Azərbaycan torpaqlarının işğaldan azad olunmasını bayram edirlər.

Bu şanlı Qələbəyə dahi ümummilli liderimiz Heydər Əliyevin layiqli varisi kimi Sizin müdrik, uzaqgörən siyasətiniz, böyük zəhmətiniz, iradə və qətiyyətiniz sayəsində nail olundu.

Ötən 30 il ərzində münaqişənin sülh yolu ilə nizama salınması üzrə danışıqlar prosesində iştirak etməyimiz bizim sülh tərəfdarı olduğumuzun əyani sübutudur. Zəbt edilmiş bütün Azərbaycan ərazilərindən işğalçıların dərhal, qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə Ermənistan 27 il məhəl qoymamışdı. Lakin Ermənistan silahlı qüvvələrinin hərbi təxribatı şanlı və rəşadətli Ordumuzu məcbur etdi ki, işğal olunmuş torpaqlarımızı öz qüvvəmizlə, hərbi yolla azad etsin. Sizin komandanlığınız altında Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində Dağlıq Qarabağa bitişik bir çox əraziləri, eləcə də Azərbaycanın tarixi mədəniyyət mərkəzi olan Şuşa şəhərini azad etdi.

“Rusiya Azərbaycanlılarının Regionlararası Assosiasiyası”nın Məşvərət Şurası adından parlaq Qələbəyə görə, həmçinin Azərbaycanın Prezidenti vəzifəsində apardığınız xarici siyasətə görə Sizə səmimi minnətdarlığımızı bildiririk.

Biz hamımız tarixi Azərbaycan torpaqlarını işğaldan fədakarlıqla azad etmiş igid oğullarımız və şəhidlərimiz qarşısında baş əyirik. Şəhidlərimiz bizim qəlbimizdə əbədi yaşayacaqlar. Biz onların igidliyini heç zaman unutmayacağıq!

Bu müharibə Azərbaycan xalqının iradəsini və öz Ali Baş Komandanı ətrafında sıx birləşdiyini nümayiş etdirdi. Tarixi ədalət zəfər çaldı və Azərbaycan xalqı öz tarixi torpaqlarına qayıtdı.

Yaşasın Azərbaycan!

Hörmətlə,

“Rusiya Azərbaycanlılarının Regionlararası Assosiasiyası”nın Məşvərət Şurası:

Əliyev Ramil Tariyel oğlu - Moskva vilayəti İstra şəhərinin Yerli İctimai Təşkilatının sədri

Kərimov Qasım Xanbala oğlu - Kursk şəhərinin Azərbaycan Diasporunun sədri

Məmmədov Ələddin Nəsib oğlu - Zabaykalsk vilayəti "Азербайджан" Milli-Mədəni Muxtariyyəti Şurasının sədri

Bədirov Əziz Məhərrəm oğlu – Çuvaşiya Respublikası “Azərbaycan İcması” Regional İctimai Təşkilatının sədri

Əliyev Cəmil Paşa oğlu – Krasnodar diyarı “Azərbaycan diasporu” Regional İctimai Təşkilatının sədri

Xankişiyev Ərşad Adı oğlu – Çelyabinsk vilayəti “Azərbaycan” İctimai Təşkilatının prezidenti

Ağamalıyev İsa Budaq oğlu – Mari El Respublikası Milli-Mədəni İctimai Təşkilatının prezidenti

İskəndərov Məmməd Hümbət oğlu – “Azərbaycanlılar Birliyi” Xabarovsk İctimai Təşkilatı sədrinin müavini

Məmmədov Məmmədcamal Allahverdi oğlu – Nijni-Novqorod şəhəri “Azərbaycan İcması” Yerli İctimai Təşkilatının sədri

Mehdiyev Mehdi İnşallah oğlu – Azərbaycan mədəniyyətinin inkişafı üzrə “Единиство – Бирлик” Varonej Regional Təşkilatının sədri

Qasımov Tərlan Qasım oğlu - Arxangelsk vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin sədri

Məmmədov Akif – Kabardin-Balkar Respublikası Nalçik şəhər “Азери” Milli-Mədəni Mərkəzinin sədri

Kazımov Əli Əliyeviç - Moskva şəhəri Oçakovo-Matveyevski rayonunun Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri

Paşayev Naib Barat oğlu - Leninqrad vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyəti (RNKAA LO) sədri

Musayev Asif Maqomedoviç - Stavropol diyarı, Kislovodsk şəhər “Araz” Azərbaycan Cəmiyyətinin sədri

Məmmədov Mirzə - Başqırdıstan Respublikası “Azərbaycan diasporu” Regional İctimai Təşkilatının sədri

Gülməmmədov Murtuz - Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin sədri

Zeynalov Ramiz Yusif oğlu – Primorsk vilayəti Azərbaycan Diasporu “Dostluq” İctimai Təşkilatının sədri

Əfəndiyev Ramiz Mürsəl oğlu – Kirov vilayəti “Azərbaycan İcması” Regional İctimai Təşkilatının sədri

Qarayev Samir Nəriman oğlu – Ryazan şəhəri “Azərbaycan Milli-Mədəni Muxtariyyəti” Yerli İctimai Təşkilatının sədri

Zeynalov Təhmasib Şəmistan oğlu – Stavropol diyarı Pyatiqorsk şəhəri “Araz” Azərbaycan İcması İctimai Təşkilatının sədri

Niftəliyev Tofiq Fati oğlu - “Araz” Azərbaycan Milli-Mədəni Cəmiyyəti Amur vilayəti İctimai Təşkilatının sədri

Əliyev Faiq Zakiroviç – “Smolensk vilayəti Milli Konqresi” Regional İctimai Assosiasiyası İdarə Heyətinin sədri

Qasımov Fikrət Şövkət oğlu – Azərbaycanlıların “Дружба” Milli-Mədəni Mərkəzi Kemerovo Regional İctimai Təşkilatının sədri

Həbibov Hikmət İbad oğlu - “Azərbaycan Milli-Mədəni Mərkəzi” Meqion şəhər Yerli İctimai Təşkilatının sədri

İsayev Çingiz Mikayıl oğlu - Perm diyarı “Azərbaycan Milli-Mədəni Muxtariyyət” Regional İctimai Təşkilatının sədri

Şıxlinski Şahin Mütvəli oğlu - Sverdlovsk vilayəti “Azərbaycan” İctimai Təşkilatının sədri

Heydərov Şəhriyar Cabbar oğlu - Rusiya Azərbaycanlılar İttifaqının Bryansk vilayətindəki nümayəndəsi

Cəfərov Yusif Həsən oğlu - Buryatiya Respublikası “Azərbaycan Mədəniyyət Mərkəzi” Regional İctimai Təşkilatının sədri

Məsimov Yaşar Dursun oğlu - Orenburq vilayətinin “Orenburq şəhər Azərbaycan Milli-Mədəni Muxtariyyəti” Yerli İctimai Təşkilatının sədri

Babayev Rəhmətulla Ramazan oğlu – “İnquşetiya Respublikası Azərbaycan Milli-Mədəni Muxtariyyəti” Regional İctimai Təşkilatının sədri

Məmmədov Axverdi Osman oğlu - “Odlar yurdu” Azərbaycan xalqının sosial-iqtisadi, mənəvi və mədəni inkişafına yardım Karaçay-Çerkez Regional İctimai Təşkilatının təsisçisi

Mikayılov Akif Ümid oğlu - Komi Respublikasının “Azərbaycan” Milli-Mədəni Muxtariyyəti Regional İctimai Təşkilatının sədri

Əzizov Rakif Abbas oğlu - Dağıstan Respublikasının Mahaçqala şəhərinin Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri

Hüseynov Ramazan Vəliməmməd oğlu - Kamçatka "Азeри" Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri

İbrahimov Fuad Tacəddinoviç – Rostov vilayəti Taqanroq şəhəri “Dostluq” İctimai Təşkilatı sədrinin müavini, Dövlət Duması deputatının köməkçisi

Mahmudov Qabil Əhməd oğlu - Omsk vilayəti “Odlar yurdu” Regional İctimai Təşkilatının sədri

Hümbətov Bəhruz Əli oğlu – İjevsk şəhər Dumasının deputatı, “Udmurtiya “Dostluq” Azərbaycan İctimai Mərkəzi” Regional İctimai Təşkilatının sədri

Hacıyev Namiq Cənnətəli oğlu – “Rusiya Xalqları Assambleyası” Ümumrusiya İctimai Təşkilatının Oryol Regional bölməsinin təsisçisi

Məmmədov Ramiz Mustafa oğlu – Tatarıstan Respublikası Leninoqorsk şəhəri “Azərbaycan İcması” Yerli İctimai Təşkilatının sədri

Paşayev Fəyaz Ələddin oğlu - “Azərbaycanlılar Konqresi” Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti Tver Regional İctimai Təşkilatının sədri

Əhmədov Fərhad Nadir oğlu – Stavropol diyarı Yessentuki şəhəri “Araz” Yerli İctimai Təşkilatının sədri

Burcuyev Füzuli Musa oğlu – Tümen vilayəti “Odlar yurdu” Azərbaycan Xalqlarının Birliyi İctimai Təşkilatının sədri

Salayev Əlirza Qurbanəli oğlu – “İrkutsk vilayəti Azərbaycanlılar Konqresi” İctimai Təşkilatının sədri

Qasımov Şahvələd Muxtar oğlu – Cənubi Saxalinsk vilayəti “Единиство” Azərbaycanlılar Konqresinin Regionlararası Assosiasiyası

Yarıyev Fəxrəddin Sərraf oğlu – “Odlar yurdu” Azərbaycan Milli-Mədəni Mərkəzi Stavropol diyar İctimai Təşkilatının prezidenti

Seyidov Azad Ramazan oğlu – Surqut şəhəri Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti “Бирлик” İctimai Təşkilatının sədri

Qurbanov Elşad Ağagül oğlu - Novqorod vilayətinin Tohid Salmanov adına "Бакинец" Azərbaycan Mədəniyyət Mərkəzi İctimai Birliyinin sədri.

SƏNƏDLƏR Fərmanlar 07 fevral 2025
15:39
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” 2016-cı il 6 oktyabr tarixli 1066 nömrəli Fərmanında və “Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” 1997-ci il 30 aprel tarixli 560 nömrəli, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” Azərbaycan...

07 fevral 2025, 15:39
SƏNƏDLƏR Sərəncamlar 07 fevral 2025
15:37
A.R.Əliyevin Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:                             

Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin...

07 fevral 2025, 15:37
SƏNƏDLƏR Sərəncamlar 07 fevral 2025
15:35
A.R.Əliyevin Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                           

Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini...

07 fevral 2025, 15:35
SƏNƏDLƏR Fərmanlar 07 fevral 2025
13:10
“Qarabağ Universitetinin Klinikası” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                    

1. Qarabağ Universitetinin tabeliyində “Qarabağ Universitetinin Klinikası” publik hüquqi...

07 fevral 2025, 13:10
SƏNƏDLƏR Fərmanlar 06 fevral 2025
15:58
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli və “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” 2018-ci il 1 may tarixli 29 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası...

06 fevral 2025, 15:58
SƏNƏDLƏR Sərəncamlar 06 fevral 2025
15:52
S.R.Babayevin Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:                                             

Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikasının əmək və əhalinin sosial...

06 fevral 2025, 15:52
SƏNƏDLƏR Sərəncamlar 05 fevral 2025
17:24
M.B.Babayevin Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                                         

Muxtar Bahadur oğlu Babayev Azərbaycan...

05 fevral 2025, 17:24
SƏNƏDLƏR Sərəncamlar 05 fevral 2025
17:22
M.B.Babayevin Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:                                     

Muxtar Bahadur oğlu Babayev Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər...

05 fevral 2025, 17:22