Azərbaycan - Monteneqro İqtisadi və Mədəni Əlaqələr Mərkəzinin direktoru Seyran Mirzəzadədən

16 noyabr 2020, 17:30

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizin dərin zəkanız, uzaqgörənliyiniz, müdrikliyiniz, siyasi və diplomatik məharətiniz, polad iradəniz, rəşadətli, şanlı Ordumuzun igidliyi, qəhrəmanlığı və peşəkarlığı, xalqımızın birliyi və dəstəyi sayəsində əldə olunmuş tarixi qələbə və zəfər münasibətilə Sizi Monteneqroda yaşayan azərbaycanlılar adından böyük qürur və sevinc hissi ilə təbrik edirəm.

Böyük Sərkərdə və Lider kimi Sizin rəhbərliyinizlə qazanılan bu zəfər tarix kitablarına qızıl hərflərlə yazılacaq. Mənfur və məkrli düşmənin ən azı iki əsrlik bütün planları puç oldu, Azərbaycan xalqının isə hələ də yuxu kimi görünən arzuları çin oldu. Sizin bütün sferalarda hücum taktikasına keçilməsi, ölkəmizin siyasi və iqtisadi gücünün hərbi qüdrətimiz formasında özünü sübut etməsi əməli nəticələrini göstərdi.

Sizi özünün siyasi varisi hesab edən Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, İlham Əliyev Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəkdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” sözləri yalnız Onun kimi bir dühanın bu qədər dəqiq uzaqgörənliyi ola bilərdi. Siz dahi Liderin həm vəsiyyətini yerinə yetirdiniz, həm də Sizə olan inamını hər kəsə sübut etdiniz. 

Azərbaycan xalqının sındırılmış qürurunu, mənliyini, kimliyini geri qaytardınız, əzəli torpaqlarımızı düşmən tapdağından qurtardınız, müstəqilliyimizin və suverenliyimizin atributu olan ərazi bütövlüyümüzü bərpa etdiniz, əsrlərboyu xalqımıza təlqin olunan məğlubiyyət, inamsızlıq və ümidsizlik sindromunu darmadağın edərək, uşağından yaşlısına hər birimizə qürurlu və sevincli anlar yaşatdınız. Azərbaycan dövlətinin və xalqının gücünü və mərhəmətini bütün dünyaya göstərdiniz. Sizin sentyabrın 19-da “Əgər biz şərt dili ilə danışmaq istəsək, onun siyasi ömrü çox çəkməyəcək” xəbərdarlığınızdan nəticə çıxarmayan erməni hərbi-siyasi rəhbərliyi bu gün məğlubiyyət acısını dadmaq məcburiyyətində qaldı.

Bu Vətən müharibəsində dini və milli mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımızın torpaqlarımızın azad olunmasında iştirakı və bir yumruq kimi Sizin ətrafınızda birləşməsi isə Azərbaycançılıq ideyasının növbəti təntənəsi oldu və düşmənlərimizin ölkəmizdə dini və milli nifaq yaratmaq planlarını da birdəfəlik alt-üst etdi.

Sizin xarici ölkələrin kütləvi informasiya vasitələrinə müsahibələriniz, xüsusilə də dövlətimizə qarşı qərəzli münasibət sərgiləyən mətbuat nümayəndələri ilə dialoqlarınızı, tutarlı və kəskin cavablarınızı, onları susdurmağınızı, informasiya cəbhəsini yararaq Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırmağınızı da böyük qürur və iftixar hissi ilə izləyirdik. Söylədiklərinizdən yola çıxaraq, biz də mövqeyimizi formalaşdırırdıq.

Müraciətlərinizdə bir neçə dəfə ürəkdən kövrəlməyiniz də nəzərimizdən qaçmadı. Bu hissləri yalnız Vətənini və xalqını həqiqətən də ürəkdən sevən və ona bağlı olan insan yaşaya və yaşada bilər. Sizin bu müharibə günlərində inamlı çıxışlarınız, xalqın dilində əzbərə çevrilmiş və düşməni mənəvi və psixoloji cəhətdən gündən-günə rəzil edən ifadələriniz və kəlamlarınız da həm Ordumuzun, həm də insanlarımızın ruh yüksəkliyini daha da artırırdı və qələbəyə inamını möhkəmləndirirdi.

Ordumuz düşməni döyüş meydanında layiq olduqları kimi qovduğu halda Siz də düşmənlərimizi siyasət və diplomatiya meydanında diz çökdürdünüz. Biz çox gözəl anlayırıq ki, sentyabrın 27-də başlamış əks-hücum əməliyyatlarının və döyüşlərin dayandırılması ilə bağlı hər cür siyasi təzyiqlərə mərdliklə, cəsarətlə və məharətlə sinə gərərək, qazandığınız hər bir əlavə gün və bəlkə də saat ordumuzun daha da irəliləməsini təmin edirdi və bu, Şuşa uğrunda inanılmaz qələbə ilə nəticələndi. Əminəm ki, bunu anlamayanlar da zamanla başa düşəcəklər. Bu, müharibə vəziyyətində olan xalqın Liderinə və ordunun sərkərdəsinə xas olan dəyanət, mətanət və qətiyyət nümunəsidir. Siz, əcdadlarımızdan dərin və acı yara kimi miras qalan Qarabağ düyününü kökündən həll etdiniz və gələcək nəsillərə başıuca, alnıaçıq, qürurlu, məğrur bir dövlət bəxş etdiniz. Bu tarixi Qələbə o qədər möhtəşəm və böyükdür ki, bəlkə də ictimaiyyət hələ də onu tam qavraya bilmir. Bu qələbənin əhəmiyyəti illər, on illiklər keçdikcə daha da artacaq. Bu tarixi qələbə Sizin “Nəyi, necə və nə vaxt etməyi mən yaxşı bilirəm” sözlərinizin də qəti və birmənalı təsdiqi oldu. Xalqımızın Sizə olan inamı sonsuzdur.

Əminəm ki, vəsiyyəti həyata keçən ulu öndər Heydər Əliyevin və görkəmli şairimiz Məmməd Arazın da ruhları bu gün şaddır:

Oyat bizi ey Yaradan səninləyəm!

Ya birmərrə yatırt bizi,

Ya birmərrə oyat bizi

Ya yenidən yarat bizi

Ey Yaradan, səninləyəm!

Səninləyəm yatmış vulkan, səninləyəm

Ayağa dur Azərbaycan səninləyəm!!!

Rəhbərliyinizlə qazanılan bu Qələbə Azərbaycanı oyatdı, yenidən yaratdı, yatmış vulkanı ayağa qaldırdı. Bu böyük oyanış, böyük qurtuluş, dirçəliş və geri dönüşdür, özünü dərkdir! Bu günləri bizə yaşatdığınız üçün Sizə və Ordumuza nə qədər təşəkkür etsək, xoş sözlər yazsaq, azdır. Bu hissləri sözlərə sığışdırmaq mümkün deyil.

Əgər siyasət mümkün olanı əldə etmək sənətidirsə, mümkünsüz olanı əldə etmək artıq siyasət deyil, dahilik və qəhrəmanlıqdır!

Mənfur düşmənlərimiz təhrif olunmuş tarix yazarkən, əsl tarix yaradan Müzəffər Ali Baş Komandanımızın və rəşadətli Ordumuzun miras qoyduğu Yeni Azərbaycanımız mübarək olsun!

Biz fəxr edirik ki, azərbaycanlıyıq!

Biz fəxr edirik ki, bizim Sizin kimi sərkərdəmiz və Liderimiz var!

Allah şəhidlərimizə rəhmət eləsin!

Allah bütün işlərinizdə yar və yardımçınız olsun! Qarabağ Azərbaycandır!

Dərin ehtiramla,

Seyran Mirzəzadə

Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Əlaqələr Mərkəzinin direktoru

Monteneqro, Podqoritsa şəhəri.

SƏNƏDLƏR Fərmanlar 07 fevral 2025
15:39
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” 2016-cı il 6 oktyabr tarixli 1066 nömrəli Fərmanında və “Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” 1997-ci il 30 aprel tarixli 560 nömrəli, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” Azərbaycan...

07 fevral 2025, 15:39
SƏNƏDLƏR Sərəncamlar 07 fevral 2025
15:37
A.R.Əliyevin Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:                             

Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin...

07 fevral 2025, 15:37
SƏNƏDLƏR Sərəncamlar 07 fevral 2025
15:35
A.R.Əliyevin Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                           

Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini...

07 fevral 2025, 15:35
SƏNƏDLƏR Fərmanlar 07 fevral 2025
13:10
“Qarabağ Universitetinin Klinikası” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                    

1. Qarabağ Universitetinin tabeliyində “Qarabağ Universitetinin Klinikası” publik hüquqi...

07 fevral 2025, 13:10
SƏNƏDLƏR Fərmanlar 06 fevral 2025
15:58
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli və “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” 2018-ci il 1 may tarixli 29 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası...

06 fevral 2025, 15:58
SƏNƏDLƏR Sərəncamlar 06 fevral 2025
15:52
S.R.Babayevin Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:                                             

Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikasının əmək və əhalinin sosial...

06 fevral 2025, 15:52
SƏNƏDLƏR Sərəncamlar 05 fevral 2025
17:24
M.B.Babayevin Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                                         

Muxtar Bahadur oğlu Babayev Azərbaycan...

05 fevral 2025, 17:24
SƏNƏDLƏR Sərəncamlar 05 fevral 2025
17:22
M.B.Babayevin Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:                                     

Muxtar Bahadur oğlu Babayev Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər...

05 fevral 2025, 17:22