İlham Əliyev Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktorunu qəbul edib

18 dekabr 2020, 18:20
İlham Əliyev Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 18-də Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovu qəbul edib.

Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Rusiya Prezidenti Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Görüşdə bölgədə mövcud vəziyyət, münaqişənin həlli, üçtərəfli Bəyanatın müddəalarının icrası müzakirə edilərək, vəziyyətin sabit olduğu bildirildi.

Söhbət zamanı Azərbaycanla Rusiya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu.

Prezident İlham Əliyev Rusiya dövlətinin başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya Prezidentinə çatdırmağı xahiş etdi.

SƏNƏDLƏR Qanunlar 14 yanvar 2025
17:54
“Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2024-cü il noyabrın 15-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

14 yanvar 2025, 17:54