Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizi Özbəkistanda yaşayan azərbaycanlılar adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Azərbaycan dövləti və xalqı işğalçı Ermənistan üzərində qazandığı möhtəşəm Qələbədən sonra yeni inkişaf mərhələsinə qədəm qoyur. Əminik ki, məhz Sizin apardığınız müdrik siyasətiniz dünyada yaşayan bütün azərbaycanlılara gələcəkdə də doğma Azərbaycanımızın uğurları üçün qürur hissi yaşadacaq. Bütün dünya Sizin siyasət, iqtisadiyyat, hərbi və bir çox digər sahələrdə Azərbaycanın milli maraqlarının qorunmasında son dərəcə təcrübəli, ədalətli və qətiyyətli dövlət rəhbəri olduğunuza şahidlik etdi.
Cənab Prezident, yaşadığı ölkədən, vətəndaşlıq mənsubiyyətindən asılı olmayaraq, bütün azərbaycanlılar Sizinlə fəxr edirlər. Əminəm ki, çox yaxın gələcəkdə Azərbaycan Respublikası və Azərbaycan xalqı Sizin rəhbərliyinizlə yeni inkişaf mərhələsi yaşayacaq.
Biz də öz növbəmizdə həmişə olduğu kimi, bundan sonra da Özbəkistanda Azərbaycanın inkişafı istiqamətində aparılan işlərə töhfəmizi vermək və nəticə əldə etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Allahdan Sizə möhkəm cansağlığı, uzun ömür və ailə səadəti diləyirəm. Şərəfli və məsuliyyətli fəaliyyətinizdə Sizə yeni zəfərlər və uğurlar arzulayıram.
Hörmətlə,
Firdovsi Hüseynov
Özbəkistandakı Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri