Hörmətli cənab Prezident,
Portuqaliya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Portuqaliya əlaqələrinin genişlənməsi, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda səylərimizi bundan sonra da davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Portuqaliya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 yanvar 2021-ci il.