02 aprel 2021, 16:15

Nəsibə Mahmudovadan, Biləsuvar, Azərbaycan

Çox hörmətli Mehriban xanım.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ən yaxın silahdaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti kimi Siz Azərbaycan dövlətinin dünyada tanıdılmasında, habelə sosial sahədə dövlət siyasətin həyata keçirilməsinə, Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin və idmanının inkişafına mühüm töhfələr verməkdəsiniz və bir şəhid anası kimi bunları izlədikcə ürəyim dağa dönür.

Xüsusən 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə mənfur düşmən üzərində qazanılmış tarixi Qələbədə Sizin rolunuzu bir şəhid anası kimi şəxsən gördüm və hiss etdim.

Siz yalnız dövlət rəsmisi deyil, eyni zamanda, bir qayğıkeş ana kimi yaralı əsgərlərimizin problemləri ilə yaxından maraqlanır və onların şəfa tapması üçün əlinizdən gələn köməyi əsirgəmirsiniz.

Hörmətli Mehriban xanım.

Mən şəhid analarına göstərdiyiniz qayğı və diqqətə görə Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirir, ictimai-siyasi fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayıram. Siz həmişə bizə arxasınız, dayaqsınız, Allah da Sizə, cənab Prezidentə və ailənizə dayaq olsun.

Əziz Mehriban xanım, fürsətdən istifadə edib Sizə bir daha cansağlığı, ailə səadəti və Azərbaycan dövlətinin inkişafı naminə Prezident İlham Əliyevlə çiyin-çiyinə yorulmaz fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Hörmətlə,

Nəsibə Mahmudova

Azərbaycan Respublikası, Biləsuvar rayonu.