Seneqal Respublikasının Prezidenti Məkki Salldan

01 iyun 2021, 15:05

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri Cənab İlham Əliyevə

Cənab Prezident.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Sizə və dost Azərbaycan xalqına davamlı rifah və tərəqqi arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək ölkələrimiz arasında səmimi dostluq və əməkdaşlıq əlaqələrini möhkəmləndirmək üçün Sizinlə işləməyə hazır olduğumu bir daha təsdiq edirəm.

Dərin hörmətlə,


Məkki Sall

Seneqal Respublikasının Prezidenti