İrlandiyanın Prezidenti Maykl Higginsdən

01 iyun 2021, 17:05

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizi və Azərbaycan xalqını İrlandiya xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

Qoy, gələcək günlər Azərbaycan xalqına sülh, əmin-amanlıq və səadət gətirsin.


Maykl Higgins

İrlandiyanın Prezidenti