İlham Əliyev Türkiyənin xarici ticarət məsələləri üzrə Dövlət nazirini qəbul etmişdir

28 iyul 2010, 16:52
İlham Əliyev Türkiyənin xarici ticarət məsələləri üzrə Dövlət nazirini qəbul etmişdir

Prezidenti İlham Əliyev Türkiyənin xarici ticarət məsələləri üzrə Dövlət naziri Zəfər Çağlayanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlət başçısı Türkiyənin xarici ticarət məsələləri üzrə Dövlət naziri Zəfər Çağlayanın Azərbaycana səfərinin uğurlu olacağına əminliyini bildirmişdir. Ölkələrimiz arasında iqtisadi sahədə əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd edən Prezident İlham Əliyev bu əlaqələri daha da genişləndirmək üçün imkanların mövcudluğunu vurğulamışdır. Nazirlə birlikdə türkiyəli iş adamlarının da ölkəmizə səfər etməsinə toxunan dövlətimizin başçısı bunun yerli iş adamları ilə birgə fəaliyyət qurmaq və əlaqələrimizin daha da inkişaf etdirilməsi baxımından önəmli olduğunu demişdir.

Türkiyənin xarici ticarət məsələləri üzrə Dövlət naziri Zəfər Çağlayan Türkiyə Prezidenti Abdullah Gülün və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırmışdır. O, Azərbaycanda ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan böyük inkişaf proseslərinin bu gün uğurla davam etməsindən məmnun olduğunu bildirmişdir. Bir il əvvəl ölkəmizə səfərini xatırlayan Zəfər Çağlayan ötən dövr ərzində şəhərdə yeni-yeni gözəl binaların tikildiyinin, geniş yolların salındığının və Bakıda dünyanın heç bir ölkəsində olmayan yüksəlişin şahidi olduğunu qeyd etmişdir. 2009-cu ildə dünyada baş verən maliyyə böhranına baxmayaraq, Azərbaycan iqtisadiyyatının 9 faiz artdığını vurğulayan qonaq ölkəmizin inkişafından qürur duyduqlarını demiş və əldə edilən yüksək nailiyyətlərə görə dövlətimizin başçısını təbrik etmişdir.

Xoş sözlərə görə qonağa təşəkkür edən dövlətimizin başçısı ölkəmizdə böyük inkişaf proseslərinin getdiyini vurğulayaraq bildirmişdir ki, Azərbaycanın uğuru Türkiyənin, Türkiyənin uğuru isə Azərbaycanın uğurudur. Prezident İlham Əliyev Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirmişdir.

Dövlət başçısı Türkiyə Prezidenti Abdullah Gülün və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirmiş, onun da salamlarını Türkiyənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etmişdir.

SƏNƏDLƏR Fərmanlar 11 fevral 2025
16:10
“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi...

11 fevral 2025, 16:10
SƏNƏDLƏR Fərmanlar 11 fevral 2025
16:08
“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il dekabrın 21-də Moskva şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında...

11 fevral 2025, 16:08
SƏNƏDLƏR Sərəncamlar 11 fevral 2025
16:04
“Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28...

11 fevral 2025, 16:04