15:11

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
İcazə verin, milli bayramınız – Respublika Günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını Rusiya Müsəlmanları Ruhani Məclisi adından və şəxsən öz adımdan təbrik edim.
Bu gün Azərbaycan xalqının tarixində çox mühüm mərhələdir. Düz 103 il bundan əvvəl, 1918-ci il mayın 28-də Azərbaycanda Qafqazda ilk demokratik respublika elan edilib. Azərbaycan Xalq Cümhuriyyəti onun ərazisində yaşayan bütün millətlərin müstəqil inkişafı üçün geniş imkanlar yaradıb, bütün sahələrdə tərəqqiyə, o cümlədən iqtisadi, siyasi və demokratik islahatlara nail olub.
Müasir Azərbaycan həmin demokratik respublikanın hüquqi varisidir. Bu gün Sizin ölkə Prezidenti kimi yorulmaz və gərgin əməyiniz sayəsində Azərbaycan Respublikası sürətlə inkişaf edir və beynəlxalq arenada öz mövqelərini möhkəmlədir. Sizin ölkəniz mütəmadi olaraq çoxsaylı tədbirlər keçirməklə bütün dünyanın siyasi, mədəni və dini liderlərini bir araya toplayan mədəniyyətlərarası dialoqun və əməkdaşlığın qlobal mərkəzi kimi son dərəcə mühüm rol oynayır.
Sevindirici haldır ki, hazırda strateji tərəfdaşlıq və əməkdaşlıq ruhunda uğurla inkişaf edən Rusiya-Azərbaycan münasibətləri qardaş ölkələrimizin inkişafı və qarşılıqlı köməyi üçün möhkəm təməl kimi xidmət edir. Rusiya Federasiyası Azərbaycan Respublikası ilə qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan ənənəvi dostluq münasibətlərini səmimi qiymətləndirir. Mən, bir din xadimi kimi, əminəm ki, ölkələrimiz arasında konfessiyalararası dialoq gələcəkdə daha da möhkəmlənəcək. Rusiya Müsəlmanları Ruhani Məclisi və Qafqaz Müsəlmanları İdarəsi uzun illər boyu dinlərarası və mədəniyyətlərarası dialoqun möhkəmlənməsi, sülh, təhlükəsizlik və sabitlik ideyalarının geniş yayılması sahəsində sıx əməkdaşlıq edir. Biz ölkələrimizin müsəlmanları arasında bərqərar olmuş qardaşlıq və dostluq münasibətlərini yüksək qiymətləndiririk.
Bu əlamətdar gün bütün Azərbaycan xalqının birlik rəmzidir. Əminəm ki, Sizin qeyri-adi liderlik keyfiyyətləriniz, idarəçilik istedadınız, müdrikliyiniz, məqsədyönlülüyünüz və insanlara diqqətli münasibətiniz dövlətinizin durmadan inkişafını davam etdirməyə imkan verəcək, Azərbaycan xalqının ümid və amallarını tamamilə doğruldacaq, İslam prinsiplərinə, ənənələrinə sədaqət və hamını birləşdirən ümumbəşəri dəyərlər qarşıya qoyulmuş məsələlərin həllinə kömək edəcək.
Hörmətli İlham Heydər oğlu, Sizə və Azərbaycan Respublikasının bütün xalqına mənəvi və fiziki qüvvə, cansağlığı arzu edirəm, Ulu Tanrı bütün xoş niyyətlərinizdə Sizə yardımçı olsun.
Uca Allah Sizin bütün xeyirxah əməllərinizi, səmimi dualarınızı və ibadətinizi qəbul etsin, hər iki dünyada bu əməllərinizin əvəzini versin.
Hörmətlə və xoş dualarla,
Albir həzrət Krqanov
Moskvanın müftisi,
Rusiya Müsəlmanları Ruhani Məclisinin rəhbəri,
Rusiya Federasiyası İctimai Palatasının üzvü
Hörmətli konfrans iştirakçıları!
Bu gün Qlobal Cənubun həyatında vacib gündür. 100-dən artıq ölkənin nüfuzlu qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə ilk dəfə Qlobal Cənub QHT Platforması...
28 aprel 2025, 10:08Hörmətli cənab Prezident.
Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində insan tələfatı və çox sayda yaralı barədə xəbər bizi son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak...
27 aprel 2025, 16:50Hörmətli cənab Prezident,
Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı...
27 aprel 2025, 10:47Hörmətli cənab Prezident,
Syerra-Leone Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu xoş gündə Sizə...
27 aprel 2025, 10:45Aprelin 26-da Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Dövlət başçıları Azərbaycanla Özbəkistan arasında dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik...
26 aprel 2025, 13:00XIX əsrin ikinci yarısında dünyanın neft və sənaye mərkəzlərindən birinə çevrilmiş və iqtisadi yüksəliş dövrünü yaşayan Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əsaslı dəyişikliklər baş vermiş, maarifçilik hərəkatı...
25 aprel 2025, 17:26