İlham Əliyev YUNESKO-nun baş direktorunu qəbul etmişdir

29 iyul 2010, 13:45
İlham Əliyev YUNESKO-nun baş direktorunu qəbul etmişdir

Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva YUNESKO-nun baş direktoru xanım İrina Bokovanı qəbul etmişlər.

YUNESKO-nun baş direktoru xanım İrina Bokovanı Azərbaycan Prezidentinin xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva qarşılamışdır.

X X X

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın YUNESKO-nun baş direktoru xanım İrina Bokova ilə görüşü olmuşdur.

Dövlət başçısı YUNESKO-nun baş direktoru xanım İrina Bokovanın ölkəmizə səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirmişdir. Xanım İrina Bokovanın YUNESKO-nun baş direktoru kimi ilk səfərlərindən birini ölkəmizə etməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev onu bu yüksək vəzifəyə seçilməsi münasibətilə təbrik etmiş və fəaliyyətində uğurlar arzulamışdır. Son zamanlar həyata keçirilən birgə işlərə toxunan dövlətimizin başçısı bu müsbət meyillərin davam edəcəyinə, Azərbaycan ilə YUNESKO arasında fəal əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə ümidvar olduğunu bildirmişdir.

Xanım İrina Bokova YUNESKO-nun baş direktoru kimi fəaliyyətinin əvvəlində ölkəmizə səfər etməsinin önəmini vurğulamışdır. YUNESKO ilə Azərbaycan arasında çox yaxşı əməkdaşlığın olduğunu qeyd edən İrina Bokova rəhbərlik etdiyi təşkilatda YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya hamının çox böyük hörmətlə yanaşdığını demişdir. O, Mehriban xanım Əliyevanın fəaliyyətinin mədəniyyət, musiqi, adət-ənənə, irs kimi ən əhəmiyyətli sahələrin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirmişdir.

Prezident İlham Əliyev YUNESKO ilə birgə həyata keçirilən layihələrin əhəmiyyətinə toxunaraq bu istiqamətdə mühüm planların olduğunu demişdir. Dövlət başçısı YUNESKO-nun baş direktorunun ölkəmizə səfərinin əməkdaşlığımızın inkişafına yeni təkan verəcəyinə ümidvar olduğunu bildirmişdir.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 11 fevral 2025
16:10
“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi...

11 fevral 2025, 16:10
SƏNƏDLƏR Fərmanlar 11 fevral 2025
16:08
“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il dekabrın 21-də Moskva şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında...

11 fevral 2025, 16:08
SƏNƏDLƏR Sərəncamlar 11 fevral 2025
16:04
“Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28...

11 fevral 2025, 16:04