İlham Əliyev Kolumbiya Senatının ikinci konstitusional komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

02 iyul 2012, 17:00
İlham Əliyev Kolumbiya Senatının ikinci konstitusional komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Prezident İlham Əliyev Kolumbiya Respublikası Senatının ikinci konstitusional komitəsinin sədri xanım Aleksandra Moreno Piraquivenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlət başçısı xanım Aleksandra Moreno Piraquivenin Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi. Prezident İlham Əliyev Azərbaycan ilə Kolumbiya arasında ikitərəfli münasibətlərin güclü tərəfdaşlıq əlaqələrinə çevrildiyini məmnunluqla qeyd etdi. Ölkələrimiz arasında siyasi əlaqələrin razılıq doğurduğunu deyən dövlətimizin başçısı bu əlaqələrin iqtisadi sahədə əməkdaşlığın inkişafı işinə kömək edəcəyinə ümidvar olduğunu bildirdi. İkitərəfli münasibətlərin genişlənməsində parlamentlərarası əlaqələrin əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı gələcəkdə də davam etdirəcəyinə əminliyini ifadə etdi. Kolumbiya Parlamentinin Azərbaycan ərazilərinin Ermənistan tərəfindən qanunsuz işğalı ilə bağlı qəbul etdiyi qərarın ölkəmiz üçün böyük əhəmiyyət daşıdığını vurğulayan dövlətimizin başçısı qəbul olunan qərara və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı tutduğu ədalətli mövqeyə görə Kolumbiya dövlətinə və xalqına, Kolumbiya parlamentinə və şəxsən xanım Aleksandra Moreno Piraquiveyə minnətdarlığını bildirdi.

Kolumbiya Senatının komitə sədri xanım Aleksandra Moreno Piraquive Azərbaycana səfərindən məmnunluğunu ifadə etdi. O, ölkəsinin Azərbaycanda baş verən inkişaf proseslərini yaxından izlədiyini dedi. Kolumbiyalı qonaq ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğuladı, münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə tərəfdar olduğunu dedi. Kolumbiyanın iqtisadi inkişafı, investisiya imkanlarından danışan xanım Aleksandra Moreno Piraquive ölkələrimiz arasında mövcud dostluq əlaqələrini siyasi, iqtisadi, mədəni və digər sahələrdə daha da genişləndirməyin önəmini qeyd etdi.

Azərbaycan xalqının böyük tarixə, zəngin mədəniyyətə malik olan Kolumbiya xalqına dost münasibət bəslədiyini vurğulayan Prezident İlham Əliyev bu münasibətləri iqtisadi və mədəni əməkdaşlıq sahələrində daha da möhkəmləndirməyin zəruriliyini qeyd etdi. Kolumbiyada Azərbaycan səfirliyinin fəaliyyətə başlamasından sonra ikitərəfli münasibətlərimizin yüksək səviyyədə inkişaf etdiyini bildirən Prezident İlham Əliyev əlaqələrimizin genişlənməsində qarşılıqlı səfərlərin önəmini vurğuladı. Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Kolumbiya Respublikası arasında dostluq əlaqələrinin inkişafına verdiyi töhfəyə görə xanım Aleksandra Moreno Piraquivenin Azərbaycanın ən yüksək dövlət mükafatlarından olan “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görüldüyünü dedi və mükafatı qonağa təqdim etdi.

Xanım Aleksandra Moreno Piraquive Azərbaycanın yüksək mükafatına layiq görüldüyünə görə minnətdarlığını bildirdi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 06 fevral 2025
15:58
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli və “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” 2018-ci il 1 may tarixli 29 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası...

06 fevral 2025, 15:58
SƏNƏDLƏR Sərəncamlar 06 fevral 2025
15:52
S.R.Babayevin Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilsin.

İlham...

06 fevral 2025, 15:52
SƏNƏDLƏR Sərəncamlar 05 fevral 2025
17:24
M.B.Babayevin Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                                         

Muxtar Bahadur oğlu Babayev Azərbaycan...

05 fevral 2025, 17:24
SƏNƏDLƏR Sərəncamlar 05 fevral 2025
17:22
M.B.Babayevin Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:                                     

Muxtar Bahadur oğlu Babayev Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər...

05 fevral 2025, 17:22
SƏNƏDLƏR Fərmanlar 05 fevral 2025
15:58
“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi və Sosial Məsələlər Departamentinin Dövlət Təşkilatları və Rəqəmsal Hökumət Bölməsi tərəfindən təmsil olunan Birləşmiş Millətlər Təşkilatı arasında Töhfə Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il noyabrın 11-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial...

05 fevral 2025, 15:58
SƏNƏDLƏR Sərəncamlar 05 fevral 2025
15:54
Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyinə vəsait ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası humanizm prinsiplərinə söykənərək, ikitərəfli və çoxtərəfli əsasda dünyanın bir çox ölkəsinə humanitar yardımlar göstərir.

Ukraynada yaranmış son vəziyyətlə əlaqədar Azərbaycan dövləti tərəfindən Ukrayna...

05 fevral 2025, 15:54