İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 20 illik yubiley sammitində İlham Əliyevin nitqi

26 iyun 2012, 20:40
İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 20 illik yubiley sammitində İlham Əliyevin nitqi

- Hörmətli cənab Prezident!

Hörmətli xanımlar və cənablar!

İlk növbədə, Türkiyə Prezidenti, əziz qardaşım cənab Abdullah Gülə bu zirvə görüşünün yüksək səviyyədə təşkil olunmasına və bizə göstərdiyi yüksək qonaqpərvərliyə görə minnətdarlığımı bildirmək istəyirəm. Qardaş Türkiyə torpağında yenidən olmağımdan çox məmnunam.

Azərbaycan QİƏT-in fəaliyyətinə çox böyük qiymət verir. Hesab edirəm ki, təşkilatımız 20 il ərzində önəmli beynəlxalq təşkilata çevrilibdir. Təşkilatın tarixi, demək olar ki, ölkəmizin müstəqilliyinin tarixi ilə də üst-üstə düşür. Biz keçən il müstəqilliyimizin bərpasının 20 illiyini qeyd etmişik. Azərbaycan 20 il ərzində müxtəlif beynəlxalq təşkilatlarda fəal iştirak edib, o cümlədən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında fəaliyyətimiz də çox fəaldır.

Bu illər ərzində ölkəmiz böyük yol keçmişdir. İqtisadi sahədə təşkilatımızın əsas istiqaməti iqtisadi əməkdaşlıqdır. Azərbaycan iqtisadi sahədə köklü islahatlar aparmışdır və son illər ərzində ölkəmizin qarşısında duran əsas iqtisadi və infrastruktur layihələri uğurla icra edilmişdir.

Son səkkiz il ərzində ümumi daxili məhsul, yəni iqtisadiyyatımız üç dəfə artmışdır, yoxsulluq beş dəfə azalmışdır, bir milyondan artıq yeni iş yeri açılmışdır. Dövlət borcu ümumi daxili məhsulun 7 faizini təşkil edir və hətta dünyanı bürümüş, Avropanı bürümüş iqtisadi böhran Azərbaycana o qədər də böyük təsir göstərməmişdir. Dünyanın üç aparıcı reytinq agentliyi son aylar ərzində Azərbaycanın suveren reytinqini artırmışdır.

Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər və konkret layihələr regional əməkdaşlıq məsələlərinə də böyük dəstək verir. Təşkilata üzv olan ölkələrin əksəriyyəti ilə bizim çox səmərəli iqtisadi əməkdaşlığımız vardır. Ticarət dövriyyəsi artır, eyni zamanda, Xəzər dənizi-Qara dəniz-Aralıq dənizi regional əməkdaşlıqda da Azərbaycan çox fəal iştirak edir və yenə də deyirəm, irəli sürülmüş təşəbbüslər reallığa çevrilir.

Xüsusilə enerji və nəqliyyat sahələrində icra edilən və icrası başa çatmış layihələr demək olar ki, bölgənin enerji və nəqliyyat xəritəsini dəyişir. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin işə salınması bölgədə yeni dəhlizlərin açılmasına gətirib çıxarmışdır. Bizim üç neft kəmərinin ikisi Qara dəniz limanlarına, biri isə Aralıq dənizi limanına resurslarımızı nəql edir. Eyni zamanda, Azərbaycan artıq enerji resurslarının daşınması işində tranzit ölkəyə çevrilibdir. Beləliklə, əməkdaşlıq daha da dərinləşir və yenə də deyirəm, Xəzər dənizi-Qara dəniz-Aralıq dənizi hövzəsində yerləşən ölkələr arasındakı əməkdaşlıqda Azərbaycan bundan sonra da fəallıq göstərəcəkdir.

Biz bu ilin sonunda növbəti böyük layihənin başa çatmasını gözləyirik. Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi nəticəsində biz qədim İpək Yolunu bərpa etmiş oluruq. Bu layihə təkcə iştirak edən üç ölkəni deyil, geniş mənada Asiya və Avropa qitələrini birləşdirən bir layihədir. Mən çox şadam ki, bu layihəni biz uğurla başa vururuq. Xatırlayıram, beş il bundan əvvəl İstanbulda, QİƏT-in zirvə görüşündə mən çıxışımda qeyd etmişdim ki, yaxın zamanlarda dəmir yolunun tikintisi başlanacaqdır. Artıq qeyd edə bilərəm ki, bu ilin sonuna qədər bütün işlər tamamlanacaq və gələn ildən başlayaraq Bakı-Tbilisi-Qars beynəlxalq dəhlizi artıq işə düşəcəkdir.

Bu, konkret layihədir. Təşkilatda iştirak edən ölkələrin daha da sıx birləşməsi, iqtisadi sahədə birgə təşəbbüslərin göstərilməsi, hesab edirəm ki, həm təşkilatımızı möhkəmləndirəcək, həm də iqtisadi gücümüzü artıracaqdır.

Bu gün, eyni zamanda, regional təhlükəsizlik məsələlərinə də toxunmaq istərdim. Çünki regional əməkdaşlıq meylləri güclənir və belə olan halda təhlükəsizlik məsələlərinə də böyük diqqət göstərilməlidir. Əfsuslar olsun ki, bu sahədə vəziyyət istədiyimiz kimi deyildir. Xüsusilə, Azərbaycana gəldikdə, bizim beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyümüz uzun illərdir ki, Ermənistan tərəfindən pozulmuşdur. Ermənistanın işğalçı və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi hələ də işğal altındadır, bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün həyatı yaşayır. Bütün mötəbər beynəlxalq təşkilatlar məsələ ilə bağlı öz mövqeyini bildirmişlər. BMT Təhlükəsizlik Şurası məsələ ilə bağlı və erməni qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasına dair dörd qətnamə qəbul etmişdir. Əfsuslar olsun ki, bu qətnamələr icra edilmir, işğal bu gün də davam edir, müharibə bu gün də davam edir və əlbəttə, bölgədə gərginliyin artırılmasına səbəb olur.

İlk növbədə, münaqişənin səbəbi aradan qaldırılmalıdır, işğala son qoyulmalıdır. Ondan sonra bölgədə həm sabitlik bərqərar olunacaq, həm də iqtisadi əməkdaşlıq üçün yeni, gözəl şərait yaradılacaqdır.

Yenə də deyirəm, biz əməkdaşlığın dərinləşməsində maraqlıyıq. Bu gün bölgədə Azərbaycan tərəfindən irəli sürülmüş layihələr ümumi işimizə öz töhfəsini verir. Mən ümid edirəm ki, gələcək illərdə təşkilatımız daha da güclənəcək, bu gün müzakirə edilən və reallığa çevrilən layihələr ölkələrimizi daha da sıx birləşdirəcəkdir.

Bir daha hörmətli qardaşım Abdullah Gülə göstərdiyi qonaqpərvərliyə görə minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, zirvə görüşü uğurlu keçəcək və çox gözəl nəticələri olacaqdır. Sağ olun.

SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:08
A.F.Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:08
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:06
F.S.Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham Əliyev

Azərbaycan...

18 noyabr 2024, 15:06