İlham Əliyev Meksika Birləşmiş Ştatları Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

11 iyul 2012, 12:30
İlham Əliyev Meksika Birləşmiş Ştatları Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Prezidenti İlham Əliyev Meksika Birləşmiş Ştatları Senatının sədr müavini Fransisko Arroyo Vieyranın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Meksikanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu vurğulayan Fransisko Arroyo Vieyra ölkələrimiz arasında 20 ildən artıq mövcud olan diplomatik əlaqələrin uğurlu inkişafından məmnunluğunu ifadə etdi. O, əlaqələrimizin genişləndirilməsində Azərbaycan hökumətinin dəstəyi ilə Meksikada həyata keçirilən mədəni-humanitar layihələrin önəmini qeyd etdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevlə fəxr duyduğunu deyən qonaq ulu öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etdi, ölkəmizin son illər əldə etdiyi nailiyyətlərin onlarda xoş təəssüratlar yaratdığını dedi. Fransisko Arroyo Vieyra Meksikada ulu öndərin xatirəsinə abidə ucaldıldığını, Meksikadakı meydanların birində isə Azərbaycan-Meksika dostluğunu əks etdirən monumentin və Xocalı soyqırımı abidəsinin qoyulacağını vurğuladı.

Meksikalı qonaq iqtisadi sahədə əməkdaşlığımızın genişləndirilməsi üçün də yaxşı imkanların olduğunu bildirdi. Qonaq ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirdi.

Meksika Birləşmiş Ştatları Senatının sədr müavini Fransisko Arroyo Vieyranın ölkəmizə səfərini yüksək qiymətləndirən dövlətimizin başçısı bu səfərin Azərbaycan ilə Meksika arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi. Azərbaycanın Meksika ilə əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verdiyini vurğulayan Prezident İlham Əliyev bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini ifadə etdi.

Dövlət başçısı Meksika senatının Xocalı faciəsinin soyqırımı kimi tanınması ilə bağlı qəbul etdiyi qərarı yüksək qiymətləndirdi və minnətdarlığını bildirdi. Prezident İlham Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin xatirəsinin Meksikada hörmətlə yad edilməsinin xalqımızda xoş duyğular yaratdığını dedi.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi, ticarət, mədəniyyət, humanitar və parlamentlərarası əməkdaşlıq sahələrində daha da genişləndirilməsi ilə bağlı yaxşı imkanların olduğu vurğulandı.

SƏNƏDLƏR Fərmanlar 06 fevral 2025
15:58
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli və “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” 2018-ci il 1 may tarixli 29 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası...

06 fevral 2025, 15:58
SƏNƏDLƏR Sərəncamlar 06 fevral 2025
15:52
S.R.Babayevin Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilsin.

İlham...

06 fevral 2025, 15:52
SƏNƏDLƏR Sərəncamlar 05 fevral 2025
17:24
M.B.Babayevin Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                                         

Muxtar Bahadur oğlu Babayev Azərbaycan...

05 fevral 2025, 17:24
SƏNƏDLƏR Sərəncamlar 05 fevral 2025
17:22
M.B.Babayevin Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:                                     

Muxtar Bahadur oğlu Babayev Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər...

05 fevral 2025, 17:22
SƏNƏDLƏR Fərmanlar 05 fevral 2025
15:58
“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi və Sosial Məsələlər Departamentinin Dövlət Təşkilatları və Rəqəmsal Hökumət Bölməsi tərəfindən təmsil olunan Birləşmiş Millətlər Təşkilatı arasında Töhfə Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il noyabrın 11-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial...

05 fevral 2025, 15:58
SƏNƏDLƏR Sərəncamlar 05 fevral 2025
15:54
Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyinə vəsait ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası humanizm prinsiplərinə söykənərək, ikitərəfli və çoxtərəfli əsasda dünyanın bir çox ölkəsinə humanitar yardımlar göstərir.

Ukraynada yaranmış son vəziyyətlə əlaqədar Azərbaycan dövləti tərəfindən Ukrayna...

05 fevral 2025, 15:54