İlham Əliyev Meksika Deputatlar Palatası prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

18 iyul 2012, 17:20
İlham Əliyev Meksika Deputatlar Palatası prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Prezident İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Deputatlar Palatasının prezidenti Oskar Martin Arse Paniaquanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Azərbaycan ilə Meksika Birləşmiş Ştatları arasında ikitərəfli əlaqələrin son illər uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı bu əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə etdi. Ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsində parlamentlərarası əlaqələrin önəmini qeyd edən Prezident İlham Əliyev bu sahədə əməkdaşlığı fəal şəkildə genişləndirməyin vacibliyini vurğuladı. Dövlətimizin başçısı iqtisadi sahədə də qarşılıqlı ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün əlavə imkanların araşdırılmasının zəruriliyini qeyd etdi. Prezident İlham Əliyev Latın Amerikası ölkələrindən ilk dəfə olaraq Meksikada Azərbaycan səfirliyinin fəaliyyətə başlamasının önəmini vurğuladı.

Ölkələrimiz arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən dövlətimizin başçısı Meksika Birləşmiş Ştatlarının Deputatlar Palatasının prezidenti Oskar Martin Arse Paniaquanın Azərbaycana səfərinin səmərəli olacağına ümidvar olduğunu bildirdi. 

Dövlət başçısı Meksika Senatının Xocalı faciəsinin soyqırımı kimi tanınması ilə bağlı qəbul etdiyi qərarı yüksək qiymətləndirdi və minnətdarlığını bildirdi. Prezident İlham Əliyev Meksika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xidmətlərinə görə Meksika Birləşmiş Ştatlarının Deputatlar Palatasının Meksika-Azərbaycan Dostluq Qrupunun sədri Marcos Perez Esquerin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunduğunu dedi və mükafatı ona təqdim etdi.

Meksika Birləşmiş Ştatlarının Deputatlar Palatasının Meksika-Azərbaycan Dostluq Qrupunun sədri Marcos Perez Esquer minnətdarlığını ifadə etdi.

Meksika Birləşmiş Ştatlarının Deputatlar Palatasının prezidenti Oskar Martin Arse Paniaqua Azərbaycana qardaş ölkə kimi böyük önəm verdiklərini və ölkəmizlə əlaqələri bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində daha da genişləndirməkdə maraqlı olduqlarını dedi.

Görüşdə ölkələrimizin iqtisadi, mədəni, təhsil və parlamentlərarası əlaqələrinin daha da inkişaf etdirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirildi.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 06 fevral 2025
15:58
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli və “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” 2018-ci il 1 may tarixli 29 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası...

06 fevral 2025, 15:58
SƏNƏDLƏR Sərəncamlar 06 fevral 2025
15:52
S.R.Babayevin Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilsin.

İlham...

06 fevral 2025, 15:52
SƏNƏDLƏR Sərəncamlar 05 fevral 2025
17:24
M.B.Babayevin Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                                         

Muxtar Bahadur oğlu Babayev Azərbaycan...

05 fevral 2025, 17:24
SƏNƏDLƏR Sərəncamlar 05 fevral 2025
17:22
M.B.Babayevin Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:                                     

Muxtar Bahadur oğlu Babayev Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər...

05 fevral 2025, 17:22
SƏNƏDLƏR Fərmanlar 05 fevral 2025
15:58
“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi və Sosial Məsələlər Departamentinin Dövlət Təşkilatları və Rəqəmsal Hökumət Bölməsi tərəfindən təmsil olunan Birləşmiş Millətlər Təşkilatı arasında Töhfə Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il noyabrın 11-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial...

05 fevral 2025, 15:58
SƏNƏDLƏR Sərəncamlar 05 fevral 2025
15:54
Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyinə vəsait ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası humanizm prinsiplərinə söykənərək, ikitərəfli və çoxtərəfli əsasda dünyanın bir çox ölkəsinə humanitar yardımlar göstərir.

Ukraynada yaranmış son vəziyyətlə əlaqədar Azərbaycan dövləti tərəfindən Ukrayna...

05 fevral 2025, 15:54