16:00
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. On beş min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Əmirli–Xanağalı–Uğurbəyli və...
07 mart 2025, 16:00Uşaq və gənclər ədəbiyyatının klassiki, görkəmli ictimai xadim, Azərbaycan xalqının böyük dostu Albert Anatolyeviç Lixanovun vəfatı xəbəri məni dərindən kədərləndirdi.
Hərtərəfli şəxsiyyət, istedadlı yazıçı və pedaqoq, bütün həyatını uşaqların müdafiəsi və dəstəklənməsi kimi nəcib missiyaya, böyüməkdə olan nəslin mənəvi tərbiyəsinə həsr etmiş geniş qəlbli insan aramızdan getdi. Albert Anatolyeviçin Rusiya Uşaq Fondunun rəhbəri vəzifəsində uzun illər boyu fədakarcasına fəaliyyəti təkcə Rusiyada deyil, bütün dünyada hamının hörmətini və rəğbətini qazanmışdır.
Albert Anatolyeviçin Heydər Əlirza oğlu Əliyev ilə birgə işinə qayğıkeş münasibətini Azərbaycanda həmişə yüksək qiymətləndiriblər. Bu birgə iş nəticəsində Sovet Uşaq Fondu yaradılıb. Ölkəmizin əsl dostu olan Albert Lixanov Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında humanitar əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verib.
Bu gözəl insanın, görkəmli şəxsiyyətin xatirəsi qəlbimizdə əbədi yaşayacaq.
Bu əvəzolunmaz itki ilə əlaqədar səmimi başsağlığımı qəbul edin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 27 dekabr 2021-ci il
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. On beş min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Əmirli–Xanağalı–Uğurbəyli və...
07 mart 2025, 16:00Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın...
06 mart 2025, 16:30Hörmətli xanımlar!
Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirəm. Hamınıza cansağlığı, səadət və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.
Azərbaycan qadınları hər zaman cəmiyyətimizin mənəvi dayağı...
05 mart 2025, 18:05Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında”...
04 mart 2025, 15:58Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, iqlim dəyişikliyinə qarşı mübarizə və ekoloji dayanıqlılığın artırılması üçün ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin...
04 mart 2025, 15:56Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Dövlət...
04 mart 2025, 15:54