Orxan Əliyevdən, Goranboy, Azərbaycan
Hörmətli Mehriban xanım.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hakimiyyəti dövründə respublikamızda bütün sahələr üzrə, o cümlədən təhsil sahəsində dinamik inkişaf müşahidə olunmaqdadır. Təhsil sahəsinin inkişafına Heydər Əliyev Fondu xüsusi töhfələr verib. Goranboy rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir tələblərə cavab verən bir çox məktəb binaları tikilərək şagirdlərimizin istifadəsinə verilib. Bu da respublikamızın hər yerində olduğu kimi, Goranboy rayonunda da təhsilin inkişafına və ziyalı ordusunun yaranmasına səbəb olub.
Goranboy şəhər 1 saylı tam orta məktəbin fəaliyyət göstərdiyi əvvəlki bina 1930-cu illərdə inşa olunduğundan son zamanlar istismara yararsız vəziyyətdə idi. Sizin yaxından qayğınız nəticəsində həmin məktəbin yeni binasının tikintisinə 2020-ci ildə başlanıldı və tez bir zamanda məktəb binası tikilərək müvafiq fənn kabinetləri müasir vasitələrlə təmin olunaraq şagirdlərimizin istifadəsinə verilib. Yeni inşa edilmiş məktəb şagirdlərimizin təhsilə olan marağının daha da güclənməsinə xidmət edəcək.
Hörmətli Mehriban xanım, Goranboy şəhər 1 saylı tam orta məktəbin yeni binasının tikilərək istifadəyə verilməsi münasibətilə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Goranboy rayon şöbəsi adından öz dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirir, cansağlığı və gələcək işgüzar, şərəfli fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq.
Dərin hörmətlə,
Əliyev Orxan
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Goranboy rayon şöbəsinin sədri.
Azərbaycan Respublikası, Goranboy rayonu.