İlham Əliyev Şahin Seyidzadəni “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edib

03 mart 2022, 11:35
İlham Əliyev Şahin Seyidzadəni “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Şahin Seyidzadəni “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edib.

Dövlətimizin başçısı qəbulda çıxış edib.

Prezident İlham Əliyevin çıxışı
-Bu gün siz “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilirsiniz. Sizə böyük etimad göstərilir. Əminəm ki, siz bu etimadı doğruldacaqsınız, üzərinizə düşən məsuliyyəti dərk edirsiniz və göstərilən etimadı öz işinizlə doğruldacaqsınız.

İçərişəhər bizim milli sərvətimizdir, dünya memarlıq tarixinin möhtəşəm abidəsidir, Azərbaycan xalqının istedadının bariz nümunəsidir. Əsrlər boyu Azərbaycan xalqı İçərişəhəri, onun içində olan tarixi abidələri qoruyub və bundan sonra da əsrlər boyu qoruyacaq. İçərişəhərin hər bir küçəsi, hər bir tini, hər bir daşı qiymətlidir, tarixi əhəmiyyət kəsb edir. Qala divarları, Qız qalası, Şirvanşahlar sarayı, məscidlər, karvansaralar, muzeylər, digər tarixi abidələr qürur mənbəyimizdir. Dünyada İçərişəhərə bənzəri olan ikinci yer yoxdur. Düzdür, dünyanın bir neçə ölkəsində köhnə şəhər məhəllələri vardır, onların bir neçəsində mən olmuşam. Amma tam əminliklə deyə bilərəm ki, İçərişəhər kimi ikinci məkan, ikinci yer dünyada yoxdur. Bu, bizim tarixi irsimizdir, biz İçərişəhəri göz bəbəyimiz kimi qorumalıyıq və əminəm ki, siz bu məsuliyyəti dərk edirsiniz.

İçərişəhər Bakı şəhərinin özəyidir. Bakı şəhərini İçərişəhərsiz təsəvvür etmək mümkün deyil. Ancaq inzibati bölgü nöqteyi-nəzərdən mənim Sərəncamımla bir neçə il bundan əvvəl İçərişəhərdə xüsusi idarəetmə mexanizmi yaradılmışdır, idarə yaradılmışdır. İnzibati nöqteyi-nəzərdən İçərişəhər müstəqil inzibati vahiddir, ancaq Bakı şəhərinin bir hissəsidir. Bakı şəhərinin gözəlliyi bu gün heç kimə sirr deyil və Bakıya gələn hər bir xarici qonaq Bakıya heyran olur. Əminəm ki, hər gələn, xüsusilə ilk dəfə Bakıya gələn xarici qonaq mütləq İçərişəhərə baş çəkir, İçərişəhərlə, orada yerləşən abidələrlə tanış olur və bir daha görür ki, Azərbaycan xalqı böyük xalqdır, qədim xalqdır, istedadlı xalqdır. Ancaq böyük və istedadlı xalq belə möhtəşəm, dünya əhəmiyyətli abidə yarada bilər. Bir daha demək istəyirəm ki, İçərişəhərin hər bir hissəsi, hər bir guşəsi əhəmiyyətlidir və eyni zamanda, İçərişəhər, sadəcə olaraq, açıq səma altında muzey deyil. İçərişəhərdə insanlar yaşayır, əsrlər boyu yaşayıb. Hamımız yaxşı bilirik ki, Bakının təməli məhz İçərişəhərdə qoyulubdur və qədim dövrlərdə Qala divarlarının kənarında heç bir tikili yox idi. Bu gün də İçərişəhərdə insanlar yaşayır və onların rahatlığı üçün əlbəttə ki, böyük işlər görülür və görüləcəkdir. Eyni zamanda, bir daha demək istəyirəm ki, İçərişəhər həm Bakı sakinləri, həm bütün Azərbaycan vətəndaşları, xarici qonaqlar üçün çox cəlbedici yerdir və məhz buna görə İçərişəhərə hər gün böyük axın var. Bütün bunları nəzərə alaraq işlər elə qurulmalıdır ki, orada yaşayan insanlar əziyyət çəkməsinlər, eyni zamanda, turistlər, qonaqlar üçün də lazımi şərait yaradılsın. Son illər ərzində bu istiqamətdə böyük işlər görülübdür. İçərişəhərin tarixi simasının qorunması şəxsən mənim nəzarətimdədir və əminəm ki, sizin rəhbərliyinizlə İdarə qarşıda duran yeni vəzifələri uğurla icra edəcək. İçərişəhər əbədi yaşayacaq və yaşamalıdır. Biz də, bizdən sonra gələn nəsillər də haqlı olaraq İçərişəhərlə fəxr edəcəklər.

Bakı şəhərinin bütövlükdə memarlıq ansamblı unikaldır. Həm coğrafi yerləşmə, həm Xəzər dənizinin kənarında yerləşməsi, eyni zamanda, qədim abidələr, tarixi abidələr, müasir memarlıq nümunələri Bakıda xüsusi bir aura yaradır. Əminəm, hər gələn qonaq görür ki, Bakıda qədimliklə müasirlik arasında vəhdət var. Bakı inkişaf edir, böyüyür və son vaxtlar Bakının memarlıq məsələlərinə xüsusi diqqət göstərilir. Vaxt var idi ki, Bakıda inşa edilən eybəcər, yöndəmsiz binalar göbələk kimi üzə çıxırdı. Heç bir memarlıq normalarına uyğun gəlməyən, heç bir memarlıq əmsallarına cavab verməyən bu yöndəmsiz binalar Bakının bəzi yerlərinin simasını əfsuslar olsun ki, mənfiyə doğru dəyişmişdir. Ancaq son vaxtlar bu məsələyə ciddi nəzarət var. Dövlət tərəfindən bütün bu məsələlər tənzimlənir və icazəsiz, qanunsuz tikililərin sayı xeyli azalıbdır. Amma hələ də belə hallar var və mən bütün qurumları, dövlət qurumlarını və sahibkarları xəbərdar etmək istəyirəm ki, buna yol verilməyəcək. Xüsusilə sahibkarlara müraciət edirəm, qazanc dalınca getmək o demək deyil ki, biz unikal şəhərimizi eybəcər binalarla korlayaq. Biz buna imkan verməyəcəyik, qanunsuz tikililərə son qoyulmalıdır. Bu məsələyə nəzarət edən bütün orqanlar bu işlərə çox ciddi yanaşmalıdır - Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhərində yerləşən rayonların icra başçıları. Əminəm ki, bundan sonra Bakı vahid memarlıq konsepsiya əsasında inkişaf edəcək.

Ancaq yenə də deyirəm, son vaxtlar görülmüş tədbirlər nəticəsində Bakının memarlıq ansamblı xeyli sağlamlaşdı. Bu gün bir daha demək istəyirəm, Bakı unikal şəhərdir, dünyanın ən gözəl şəhərlərindən biridir. Bunu hər kəs deyir, mənim aləmimdə Bakı dünyanın ən gözəl şəhəridir. Hamımız Bakını sevirik, Bakını qorumalıyıq və yenə də deyirəm, şəhər inkişaf etməlidir, ancaq planlı şəkildə. Bundan sonra da müasir memarlıq Bakının qədimliyini, o qədim tarixi simasını pozmamalıdır. Bu iki önəmli amil bir-birinə ziddiyyət təşkil etməməlidir, əksinə, qədimlik və müasirlik - Bakının xüsusi aurası qorunmalıdır və əminəm ki, biz buna nail olacağıq.

Ona görə Bakının inkişafı və idarəetmə prinsipləri başqa şəhərlərdən fərqlənir. Qeyd etdiyim kimi, mənim Sərəncamımla vaxtilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bulvar İdarəsi yaradılmışdır. Bulvar da Bakının bir hissəsidir, ancaq ayrıca bir inzibati vahididir. Nə üçün? Çünki bulvar da bizim milli sərvətimizdir və indi Azərbaycan vətəndaşları, xüsusilə gənclər yəqin ki, bunu xatırlamır və ümumiyyətlə, görməyiblər ki, 10-15 il bundan əvvəl bulvarın vəziyyəti necə idi - qaranlıq, səliqəsizlik və heç bir şəhərə şərəf gətirməyən mənzərə. Biz indi bulvarın uzunluğunu 5 dəfə artırmışıq və bulvarın hər bir yerində səliqə-sahman var. Nə üçün? Çünki xüsusi idarə yaradılıb, o idarənin işi ancaq bulvara qulluq etmək, təmizliyi və bulvarın canlı orqanizm olmasını təmin etməkdir. Yəni, Bakı şəhərində mənim sərəncamlarımla yaradılmış xüsusi bir idarəetmə mexanizmi vardır, - Bakı şəhəri, İçərişəhər və Bulvar, - üç qurum. Əlbəttə, bu üç qurum arasında işgüzar əlaqələr təbii ki, vardır, olmalıdır, güclənməlidir. Çünki İçərişəhərdə olan insan - ya yerli vətəndaş, ya qonaq o qədim məkandan çıxıb bulvara keçməklə tam yeni bir Bakı görür, müasir bir Bakı görür. Bax, bu amillər çox önəmlidir. Ona görə siz də təbii ki, öz fəaliyyətinizdə bu iki qurumla sıx əlaqədə olmalısınız, onlar da sizinlə. Çünki Bakı, onun bütün yerləri, hər bir guşəsi bizim üçün doğmadır, əzizdir. Əminəm ki, Bakı bundan sonra daha da gözəl şəhər olacaq. Bakıda yeni inşa edilən binalar - istər yaşayış binaları, istər ictimai binalar, ticarət obyektləri, iaşə obyektləri ən yüksək memarlıq zövqünə uyğun olmalıdır. Bu işlərə dövlət qurumları nəzarət etməlidir ki, bundan sonra Bakı ancaq gözəlləşsin.

Bir daha demək istəyirəm ki, sizin üzərinizə böyük vəzifə düşür. Bir daha demək istəyirəm ki, İçərişəhər bizim milli sərvətimizdir, bu sərvəti biz qorumalıyıq və qoruyacağıq. Sizə işinizdə uğurlar arzulayıram.

Şahin Seyidzadə: Cənab Prezident, etimad göstərdiyiniz üçün Sizə təşəkkür edirəm.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 23 noyabr 2024
17:40
Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər...

23 noyabr 2024, 17:40
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:05
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

23 noyabr 2024, 16:05
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:03
Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Sumqayıt şəhərinin 75 illiyi münasibətilə qərara alıram:

Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan...

23 noyabr 2024, 16:03
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17
SƏNƏDLƏR Qanunlar 22 noyabr 2024
16:15
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

22 noyabr 2024, 16:15
SƏNƏDLƏR Sərəncamlar 21 noyabr 2024
16:27
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1....

21 noyabr 2024, 16:27
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12