Əbu-Dabinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Əl Nahyan İlham Əliyevə zəng edib

23 mart 2022, 09:45

Martın 22-də Əbu-Dabinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Əl Nahyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Telefon danışığı zamanı Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olundu, xüsusilə iqtisadi, ticari, enerji və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Söhbət əsnasında tərəflər Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin sərmayəsi ilə Azərbaycanda bu yaxınlarda əsası qoyulmuş 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı bir-birini təbrik etdilər.

Məhəmməd bin Zayed Əl Nahyan BƏƏ-nin bərpaolunan enerji sahəsində Azərbaycan ilə strateji əməkdaşlığı inkişaf etdirmək və təqdim olunan layihələri dəstəkləməkdə maraqlı olduğunu ifadə etdi.

Dövlətimizin başçısı bərpaolunan enerji sahəsində ölkəmizin böyük potensialının olduğunu qeyd edərək “Masdar” şirkətinin sərmayəsi ilə tikilməkdə olan 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının əhəmiyyətini vurğuladı.

Söhbət zamanı, həmçinin Ukraynada baş verən hadisələr fonunda dünya enerji bazarında sabitliyin təmin olunması, beynəlxalq və regional gündəliyə aid olan və qarşılıqlı maraq doğuran məsələlər barəsində fikir mübadiləsi aparıldı.

SƏNƏDLƏR Sərəncamlar 13 mart 2025
12:28
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” 2008-ci il 23 may tarixli 2834 nömrəli, “Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2009-cu il 16 yanvar tarixli 118 nömrəli və “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2013-cü il 7 mart tarixli 2784 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə...

13 mart 2025, 12:28
SƏNƏDLƏR Fərmanlar 13 mart 2025
12:26
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də, 2021-ci il 11 oktyabr tarixli 1462 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Dəniz və Liman Agentliyinin Nizamnaməsi”ndə, 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”ndə, 2022-ci il 21 oktyabr tarixli 1861 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi”ndə və 2022-ci il 21 oktyabr tarixli 1862 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

13 mart 2025, 12:26