31 avqust 2012, 17:50

Teymur Əzizovdan, Mingəçevir, Azərbaycan

Cənab Prezident, hörmətli Ali Baş Komandan!

Biz gənclər Sizin gördüyünüz böyük işlərin şahidiyik və ümummilli liderimiz Heydər Əliyevin davamçısı kimi Sizə həmişə dəstək olmağa hazırıq. Vətənimizin qəhrəman oğlu Ramil Səfərov barəsində verdiyiniz əfv sərəncamı bizləri çox sevindirdi və biz gənclər bütün Azərbaycan xalqı adından Sizə dərin təşəkkürümüzü bildiririk. Biz gənclər bu sevinc hissini böyük xoşbəxtliklə yaşayır və Sizin siyasətinizlə, Sizin getdiyiniz xeyirxah yol ilə addımlayır və Vətənimizin müdafiəsinə hər zaman hazır olduğumuzu bildiririk.
Yaşasın Azərbaycan, yaşasın Prezidentimiz!

Hörmətlə,

Əzizov Teymur Elman oğlu
Az.DRES Mədəniyyət Evinin kompyuter mühəndisi

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.