Sənan Hacıyevdən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident!
Siz respublikamızın davamlı inkişafı və xalqımızın rifahının yüksəldilməsi üçün səylə çalışırsınız. Bu gün ölkəmiz həm iqtisadi, həm də sosial sahədə çox mühüm nailiyyətlər əldə etmişdir. Azərbaycanda demokratik dəyərlərə əsaslanan yeni ictimai münasibətlər sisteminin formalaşması cəmiyyətin strukturunda mühüm dəyişikliyə səbəb olmuş, vətəndaşların ictimai-siyasi proseslərdə daha fəal rol oynamasına şərait yaratmışdır. Hazırda ölkədə vətəndaş cəmiyyəti coşqun inkişaf dövrünü yaşayır.
Bütün bunlar düşünülmüş və məqsədyönlü siyasətin ardıcıl surətdə həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Xalqımızın güzəranının yaxşılaşdırılması, ölkəmizin çiçəklənməsi, demokratiyanın inkişafı, qarşıda duran problemlərin həlli naminə apardığınız müdrik daxili və xarici siyasəti bütün Azərbaycan xalqı dəstəkləyir. Mən də bir gənc olaraq, Sizə bütün fəaliyyətlərinizdə uğurlar arzulayıram. Əminəm ki, xalqımız gələcək illərdə daha da böyük nailiyyətləri məhz Sizin rəhbərliyiniz sayəsində əldə edəcəkdir.
Hörmətlə,
Sənan Eldar oğlu Hacıyev
Dövlət İdarəçilik Akademiyasının magistr məzunu.
Azərbaycan Respublikası, Bakı şəhəri