31 avqust 2012, 18:20

Elmir Nəhmətovdan, Cəlilabad, Azərbaycan

Çox hörmətli Prezident!

Bizə yerə-göyə sığmayan sevinc bəxş etdiyiniz üçün qarşınızda baş əyirəm. Ramil Səfərovu ölkəmizə gətirib əfv etdiyinizə görə Sizə olan məhəbbətimizi sözlə ifadə etmək çox çətindir. Bu addımınız Azərbaycanımızın uğurlu gələcəyinə olan inamımızı daha da artırdı. Sizə bu şərəfli, məsuliyyətli işdə uğurlar arzulayırıq. Siz Cəlilabad rayonunun Sabirabad kəndinin bütün sakinlərinə böyük sevinc, qürur hissi bəxş etdiniz. Nəhmətovlar ailəsi adından Tanrıdan Sizə, ailənizə möhkəm cansağlığı, uzun ömür diləyirik. Bir daha təşəkkür edirik.

Hörmətlə,

Nəhmətov Elmir Yadulla oğlu.
Azərbaycan Respublikası, Cəlilabad rayonu,
Sabirabad kəndi.