01 sentyabr 2012, 10:00
Əlikram Musayevdən, Qobustan, Azərbaycan
Hörmətli cənab Prezident!
İcazə verin, Sizə Azərbaycan Respublikasının zabiti Ramil Səfərovu əfv edərək bütün Azərbaycan xalqını sevindirən humanist addım atdığınıza görə təşəkkürümü bildirim. Sizə işlədiyim Qurbançı bələdiyyəsinin əhalisi, ailə üzvlərim və şəxsən öz adımdan dərin təşəkkürümü bildirirəm. Fəxr edirəm ki, Azərbaycan xalqının Sizin kimi humanist, vətənpərvər Ali Baş Komandanı vardır. Allah-Taala Sizə və bütün Azərbaycan xalqına Qarabağ azadlığının sevincini bəxş etsin. Amin!
Hörmətlə,
Musayev Əlikram Ələkbər oğlu,
Qobustan rayonunun Qurbançı bələdiyyəsinin sədri.
Azərbaycan Respublikası, Qobustan rayonu, Qaracüzlü kəndi.