Xanlar Sətullayevdən, Sumqayıt, Azərbaycan
Cənab Ali Baş Komandan,əziz və hörmətli Prezident!
Siz bu gün bütün Azərbaycanı xoşbəxt etdiniz. Ümummilli liderimiz, ulu öndərimiz Heydər Əliyevin xalqımızın taleyini Sizə etibar etməklə yanılmadığını bir daha qəti olaraq sübut etdiniz. Siz Mübariz İbrahimova Milli Qəhrəman adı verməklə, Mübariz İbrahimovun və Fərid Əhmədovun cənazəsini Bakıya gətizdirib təntənəli şəkildə dəfn edilməsini təşkil etməklə xalqı necə sevindirmişdinizsə, Ramil Səfərovu əfv etməklə bu sevinci bizə təkrar yaşatdınız. Bu ölkədə ən böyük qəhrəman Sizsiniz. Mən fəxr edirəm ki, Azərbaycan Respublikasının vətəndaşıyam və Sizin kimi mərd, cəsarətli, heç kimdən, hətta beynəlxalq təzyiqlərdən çəkinməyən Prezidentim var. Sizin daxili və xarici siyasətinizi tam dəstəkləyirəm və hər zaman Heydər Əliyev ideyalarının, Sizin yürütdüyünüz siyasətin təbliğatçısı kimi əlimdən gələni edəcəyəm. Allah Sizi və ailənizi qorusun, Sizi bizə - Azərbaycan xalqına çox görməsin.
Hörmətlə
Sətullayev Xanlar Əliheydər oğlu (Xanlar Xocalı),
“Yenilik.az” İnternet qəzetinin baş redaktoru.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri,
11-ci mikrorayon, ev 28, mənzil 17.