01 sentyabr 2012, 11:10
Fuad Sayadovdan, Uxta, Rusiya
Hörmətli cənab Prezident! Rusiya Federasiyasının Komi Respublikasında yaşayan azərbaycanlılar adından, Ümumrusiya Azərbaycanlılar Konqresinin Regional Bölməsinin üzvləri adından Sizə Azərbaycan Respublikasının vətəndaşı və zabiti Ramil Səfərovun Vətənə qaytarılması və əfv edilməsi üçün gördüyünüz çox böyük işə görə təşəkkürümüzü bildiririk. Bu hadisə hər azərbaycanlının harada yaşamasından asılı olmayaraq onun qəlbində qürur hissləri doğurur.
Dərin hörmətlə,
Fuad Akif oğlu Sayadov, Ümumrusiya Azərbaycanlılar Konqresinin
Regional Bölməsinin sədri
Rusiya Federasiyası, Uxta şəhəri, Naberejnaya
Neftyanikov küçəsi, ev 9, mənzil 59