İlham Əliyev Moldovanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

11 avqust 2010, 18:21
İlham Əliyev Moldovanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

Prezident İlham Əliyev Moldova Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İqor Bodiunun etimadnaməsini qəbul etmişdir.

Səfir İqor Bodiu fəxri qarovul dəstəsinin qarşısından keçdi.

İqor Bodiu etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlət başçısı yeni təyinatı münasibətilə səfiri təbrik etdi və ona diplomatik fəaliyyətində uğurlar arzuladı. Prezident İlham Əliyev İqor Bodiunun Azərbaycandakı diplomatik fəaliyyəti dövründə də ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi. Azərbaycan ilə Moldova arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu vurğulayan dövlətimizin başçısı ötən illər ərzində bu istiqamətdə mühüm işlərin görüldüyünü dedi və bu müsbət meylin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə etdi.

Səfir İqor Bodiu Moldova Respublikası rəhbərliyinin salamlarını dövlətimizin başçısına çatdırdı. Azərbaycanın Moldova üçün həmişə dost ölkə olduğunu vurğulayan səfir ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini dedi.

Dövlət başçısı Moldova Respublikası rəhbərliyinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Moldovanın rəhbərliyinə çatdırmağı xahiş etdi.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 11 fevral 2025
16:10
“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi...

11 fevral 2025, 16:10
SƏNƏDLƏR Fərmanlar 11 fevral 2025
16:08
“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il dekabrın 21-də Moskva şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında...

11 fevral 2025, 16:08
SƏNƏDLƏR Sərəncamlar 11 fevral 2025
16:04
“Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28...

11 fevral 2025, 16:04