14:00
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 13 iyul tarixli 3082 nömrəli, “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli, “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 27 noyabr tarixli 3406 nömrəli, “2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 14 fevral tarixli 3672 nömrəli, “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” 2018-ci il 29 mart tarixli 3851 nömrəli, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 16 noyabr tarixli 711 nömrəli və “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 27 dekabr tarixli 852 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
02 iyun 2022, 12:19Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1464 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 iyul tarixli 3082 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 7, maddə 1417; 2018, № 11, maddə 2287; 2019, № 5, maddə 909; 2020, № 5, maddə 572) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nın “7. “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsinin 7.4.3-cü yarımbəndinin “İcraçılar” sütununda “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 9, maddə 1689; 2018, № 5, maddə 1066; 2019, № 6, maddə 1085; 2020, № 4, maddə 431; 2021, № 6 (I kitab), maddə 607) ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın “5. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı” 5.4.6-cı, 5.9.3-cü, 5.10.6-cı və 5.10.7-ci yarımbəndlərinin “İcraçılar” sütununda “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 27 noyabr tarixli 3406 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2115; 2018, № 11, maddə 2287; 2019, № 5, maddə 909; 2021, № 1, maddə 79) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın “8. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsinin 8.4.4-cü yarımbəndinin “İcraçılar” sütununda “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli 3672 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 2, maddə 275; 2019, № 5, maddələr 877, 899; 2020, № 8, maddə 1065, № 11, maddə1377) ilə təsdiq edilmiş “2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın “5. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsinin 5.1.2.13-cü, 5.1.2.14-cü, 5.1.3.5-ci və 5.3.2-ci yarımbəndlərinin “İcraçılar” sütununda “NRYTN” akronimi “RİNN” akronimi ilə və “Akronimlər” hissəsində “NRYTN – Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “RİNN – Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.
5. “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 571; 2019, № 2, maddə 306, № 6, maddə 1129) 1-ci hissəsində “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 11, maddə 2367) ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın “6. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsinin 6.1.1-ci, 6.1.8-ci, 6.2.9-cu və 6.2.11-ci yarımbəndlərinin “İcraçı orqanlar” sütununda “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12, maddə 2701; 2021, № 6 (I kitab), maddə 606) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın “7. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsində aşağıdakı dəyişikliklər edilsin:
7.1. 7.1.2.3-cü, 7.1.2.4-cü, 7.1.10.1-ci, 7.1.12-ci, 7.2.15.1-ci, 7.2.15.3-cü, 7.3.4.1-ci, 7.4.1.6-cı və 7.4.4.6-cı yarımbəndlərin “Əsas icraçı qurum” sütununda “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin;
7.2. 7.1.6.2-ci, 7.1.9.1-ci, 7.1.10.2-ci, 7.2.3.1.6-cı, 7.2.4.4-cü, 7.2.6.3-cü, 7.2.7.2-ci, 7.2.8.1–7.2.8.4-cü, 7.2.9-cu, 7.2.12.1-ci, 7.2.12.2-ci, 7.2.13.1–7.2.13.3-cü, 7.2.15.2-ci, 7.3.1.2-ci, 7.3.1.3-cü, 7.3.3.1-ci, 7.4.1.1 – 7.4.1.5-ci və 7.4.4.1–7.4.4.5-ci yarımbəndlərin “Digər icraçı qurumlar” sütununda “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 may 2022-ci il
14:00
13:58
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda...
28 noyabr 2024, 13:5811:04
Hörmətli cənab Prezident,
Timor-Leste Demokratik Respublikasının milli bayramı – Müstəqilliyin Elan Edilməsi Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi çatdırıram.
Son dövrdə Azərbaycan ilə...
28 noyabr 2024, 11:0411:02
Hörmətli cənab Prezident,
Mavritaniya İslam Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
COP29-da iştirak etmək üçün...
28 noyabr 2024, 11:0211:00
Hörmətli cənab Prezident,
Albaniya Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Xoş ənənələr...
28 noyabr 2024, 11:0015:35
PDF yükləyin
27 noyabr 2024, 15:3515:33
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7...
27 noyabr 2024, 15:3315:29
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 11-ci və 12-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa...
27 noyabr 2024, 15:2915:26
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azad Sevindik oğlu Novruzov Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilsin. ...
27 noyabr 2024, 15:2615:24
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Kamilə Hüseyn qızı Dadaş-zadə Azərbaycan Milli Konservatoriyasının rektoru təyin edilsin. ...
27 noyabr 2024, 15:2415:22
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Siyavuş Əşrəf oğlu Kərimi Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsindən azad edilsin. ...
27 noyabr 2024, 15:2213:49
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək...
26 noyabr 2024, 13:49