01 sentyabr 2012, 14:00

Rövşən Teymurzadədən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Mən 132-134 saylı Təhsil Kompleksində 11-ci sinifdə oxuyuram. Bu məktubu yazmaqda məqsədim Ramil Səfərovu əfv etdiyinizə görə Sizə öz minnətdarlığımı bildirməkdir. Əlaçı, seçilən, nümunəvi şagird və bir vətəndaş kimi bunu özümə borc bildim. Bu humanist addımınıza görə Sizə öz adımdan və ailəm adından dərin təşəkkürümü bildirir və bu siyasi xəttinizdə böyük müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

Teymurzadə Rövşən Gündüz oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri,
Səbail rayonu, Badamdar qəsəbəsi.