Ziya Gülmalıyevdən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident, xalqımızın igid oğlu!
Bu gün Siz xalqımızın başqa bir igid oğlu – Ramil Səfərovu Azərbaycana qaytardınız. Bu gün mənim sevincimin həddi-hüdudu yoxdur. Sizə ailəmiz adından dərin minnətdarlığımızı bildirir, Sizi öpüb bağrıma basıram. Sağ olun ki, Sizə səs verdiyimizə görə heç vaxt bizi peşman etməmisiniz. Sizə Allahdan cansağlığı, uzun ömür, xoşbəxtlik və yeni-yeni uğurlar arzulayıram. Sizin bu məharətiniz xalqımızı daha vətənpərvər ruha köklədi. Bu əməliniz mənfur düşmənimiz erməniləri dərindən sarsıdıb. İndi bütün dünya azərbaycanlıları Sizin bu işinizdən danışır, Sizə dua edirlər. Siz həmişə öz şəxsiyyətinizi əməlinizlə təsdiq etməyi bacarmısınız. Biz də bir vətəndaş kimi həmişə Sizi dəstəkləməyə hazırıq və borcluyuq. Bu məktubla Sizə sadəcə minnətdarlığımızı çatdırmaq istədim.
Hörmətlə,
Gülmalıyev Ziya Abbas oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri,
Xəzər rayonu, Türkan üzümçülük sovxozu, ev 7.