04 sentyabr 2012, 12:00
Cavid Muradlıdan, Gəncə, Azərbaycan
Möhtərəm Prezident!
Mən o qədər də məktub yazmağı sevən adam deyiləm. Amma Ramil Səfərov haqqında eşitdiyim bugünkü xəbər məni həqiqətən çox sevindirdi. Bunun üçün Sizə və bu işdə əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm. Sizə işlərinizdə uğurlar arzulayıram və çox istərdim ki, növbəti sevindirici xəbər torpaqlarımızın erməni işğalçılarından azad edilməsi olsun.
Sizə dərin minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Muradlı Cavid Əlverdi oğlu.
Azərbaycan Respublikası, Gəncə şəhəri,
Nizami rayonu, Gülüstan qəsəbəsi, bina 36, mənzil 52.