04 sentyabr 2012, 13:10
Qaibə Qasımovadan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident!
Nəvəmdən Sizə mənim adımdan məktub yazmağını xahiş etdim. Allah Sizdən razı olsun. Ramil Səfərovu azadlığa buraxmaqla Siz çox savab iş gördünüz. Allah Sizdən və ailənizdən razı olsun, Sizi pis gözdən, nəzərdən qorusun. Siz çox böyük savab qazandınız. Allah balalarınıza, yoldaşınıza cansağlığı versin. Ömrümün axırına qədər Sizə duaçı olacağam. Elə təsəvvür edirəm ki, mənim balamı azad etmisiniz. Çox sağ olun! Allah ürəyinizə görə versin.
Hörmətlə,
Qasımova Qaibə Qəzənfər qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri,
Yasamal rayonu, Yeni Yasamal 2, ev 2, mənzil 20.