Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 8, maddə 901) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci, 4.2.4-cü və 4.2.6-cı maddələrdə, 6-cı fəslin və 14-cü maddənin adlarında “ötürülməsi” sözündən sonra “, nəqli” sözü əlavə edilsin;
1.2. 2.1.7-ci maddədə “qeyri-yaşayış sahələrinin” sözləri “binaların (qurğuların)” sözləri ilə əvəz edilsin;
1.3. 4.1.4-cü maddədə “ötürücüləri” sözündən sonra “, nəql edənləri” sözləri əlavə edilsin;
1.4. 8.1.2-ci maddədə “ərazisi” sözü “sahəsi” sözü ilə əvəz edilsin;
1.5. 11.1-ci maddədə “məişət suyu” sözləri “su” sözü ilə əvəz edilsin;
1.6. 14.1-ci maddədə “və paylayıcı” sözləri “, nəqli, həmçinin onların paylayıcı” sözləri ilə əvəz edilsin;
1.7. 16.3-cü maddədə “tədbirlərin” sözündən sonra “və enerji effektivliyi fondunun saxlanılması xərclərinin” sözləri əlavə edilsin.
Maddə 2. Bu Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 may 2022-ci il