03 sentyabr 2012, 20:05

Sakit Zahidovdan, Saatlı, Azərbaycan

Çox hörmətli cənab Prezident!

Azərbaycan Ordusunun Macarıstanda həbsdə olan zabiti Ramil Səfərovun Vətənə gətirilərək azadlığa buraxılması ilə bağlı xəbər Saatlı "Kapital Bank"ının kollektivi tərəfindən böyük sevinc hissi ilə qarşılandı. Biz bu günü səbirsizliklə gözləyirdik. Bu, Sizin tarixi qələbənizdir. Bu, Azərbaycan xalqının haqq işinin qələbəsidir. Belə bir unudulmaz hadisənin sevincini bizə nəsib etdiyinizə görə Sizə səmimi qəlbdən minnətdarıq. Sizə bütün işlərinizdə qələbələr arzulayırıq.

Saatlı "Kapital Bank"ının kollektivi adından
böyük ehtiramla,

Sakit Zahid oğlu Zahidov

Azərbaycan Respublikası, Saatlı rayonu.